Milli Məclisin komitə sədrindən koronavirus açıqlaması

Milli Məclisin komitə sədrindən koronavirus açıqlaması

 

Ölkəmizdə koronavirusla mübarizə üçün geniş səviyyəli, kompleks, vəziyyətə uyğun adekvat addımlar hazırlanıb və həyata keçirilir. Ölkənin bütün səhiyyə müəssisələri epidemiyaya qarşı səfərbər edilib. Müasir avadanlıq bu istiqamətə cəlb edilib. Hətta Cənab Prezidentin tapşırığı ilə yeni avadanlıqlar, qoruyucu tibbi ləvazimatlar ölkəmizə gətirilib və bu proses davam edir.

Sozcu.info xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri əlavə edib ki, kadr qıtlığı hiss olunsa da, xarici ölkələrdə təhsil alıb çalışan mütəxəssislərin Azərbaycana gətirilməsi sahəsində işlər görülür və bu da nəticəsini verir: "Koronavirusa qarşı mübarizədə ölkədə laboratoriyaların olması mühümdür. Qeyd edim ki, buna qədər bir neçə laboratoriya var idi ki, bu cür epidemiyaların diaqnozunu versin. Bu gün ölkəmizdə gündə bir neçə min koronavirus xəstəsini müayinə etmək üçün imkanlarımız var”.

Komitə sədri əlavə edib ki, dünyada koronavirus epidemiyası ilə bağlı prosesə baxdıqda bəlli olur ki, xəstələnmə göstəricisi 160 mindən çox deyil. Ölüm göstəricisinə baxdıqda bunun böyük rəqəm olmadığı məlum olur. Ancaq bu nədən pandemiya, təşvişə səbəb olur? Koronavirus geniş, sürətli və asan keçən infeksiyadır. Bu patologiyanı müalicə etmək üçün effektiv vaksinlərin olmaması onun təhlükəli xəstəlik olmasından xəbər verir. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əlaqədə işləyir. Bu yaxınlarda ÜST-ün nümayəndələri ölkəmizə səfər etmişdi. Onlar xəstələrin saxlanıldığı karantin mərkəzlərində olub və razı qalıblar. Eyni zamanda müəyyən tövsiyələri olub ki, hazırda onların aradan qaldırılması üçün işlər aparılır. Həmçinin TƏBİB açıqladı ki, bu məsələyə dair Çinlə sıx əlaqədə işləyir və onların təcrübəsindən yararlanır”.

Komitə sədri qeyd edib ki, koronavirus epidemiyası ilə mübarizədə genişmiqyaslı və adekvat tədbirlər həyata keçirilir: "İndiyə qədər 27 xəstə müəyyən olunub. 1 nəfər vəfat edib, 7 nəfər müalicə olunaraq evə buraxılıb. 17 şəxsin vəziyyəti isə çox ağır deyil və hesab olunur ki, xəstələr vəziyyətdən çıxarılacaq. Bu epidemiyanın qarşısını almaq, lokallaşdırmaq üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər əhəmiyyət kəsb edir. Amma əhalinin bu məsələyə nə dərəcədə məsuliyyətli yanaşması da mühümdür. Bu istiqamətdə müəyyən problem var. Öz yaxınlarımız xaricdən gələndə cəhd edilir ki, karantinə getməsin, evinə gəlsin. Nəzərə almaq lazımdır ki, 1 virus daşıyıcısı bir neçə yüz nəfəri yoluxdura bilər. Sosial izolyasiya prosesi olsa da, zəifdir. İnsanlar ailəliklə, toplum halında mağazalara gedirlər. Bu, təhlükədir. Ölkədə kifayət qədər qoruyucu ləvazimatlar var. Yenə də gətiriləcək. Əgər soruşulsa, bəli, bu epidemiyadan qorxmaq lazımdır. Amma ajiotaj və panikanın yayılması epidemiyaya qarşı mübarizəni zəiflədə bilər. Dövlət əlindən gələni edir, amma bizim hər birimiz gigeynik qaydalara əməl etməli, sosial izolyasiyaya çalışmalıyıq. Xəstəliyin öhdəsindən gələcəyik”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}