Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Kremldə 60 il işləyən məmur
– O, Lenindən başqa SSRİ-nin 10 baş naziri ilə birgə çalışıb
SSRİ-nin mövcud olduğu 70 il ərzində ölkənin baş naziri (SSRİ Xalq Komissarları Sovetinin sədri, SSRİ Nazirlər Sovetinin sədri) vəzifəsində 11 nəfər çalışıb: Vladimir İliç Lenin, Aleksey Rıkov, Vyaçeslav Molotov, İosif Stalin, Georgi Malenkov, Nikolay Bulqanin, Nikita Xruşov, Aleksey Kosıgin, Nikolay Tixonov, Nikolay Rıjkov və Valentin Pavlov. Mixail Smirtyukov yeganə dövlət məmurudur ki, Lenindən başqa qalan 10 baş nazirlə işləmək ona qismət olub.
Mixail Smirtyukov Nazirlər Sovetində işə 1930-cu ildə qəbul olunub və nə az, nə çox, düz 60 ildən sonra, 1990-cı ildə Kremli tərk edib.
Smirtyukov 1909-cu ildə Kaluqada anadan olub. Orta məktəbi bitirdikdən sonra Moskav Dövlət Universitetinin sovet hüququ fakültəsində ali təhsil alıb. Çox qısa müddət qəsəbə sovetinin sədri və klub müdiri işlədikdən sonra 1930-cu ildə onun Xalq Komissarları Sovetinə işə keçməsi ilə bağlı ərizəsinə müsbət cavab verilib və o, referent vəzifəsinə işə götürülüb. Artıq 1941-ci ildə Mixail Smirtyukov Xalq Komissarları Sovetinin katibliyində müavin vəzifəsini daşıyıb, eyni zamanda müharibə başlananda yaradılmış Dövlət Müdafiə Komitəsində Anastas Mikoyanın köməkçisi vəzifəsini də icra edib. 1953-cü ildə SSRİ Nazirlər Sovetinin İşlər İdarəsinin müdir müavini təyin olunan Smirtyukov 1965-cü ildən 1990-cı ilə qədər həmin idarənin müdiri olub.
Siyasi Büro üzvlərini çıxmaq şərtilə Mixail Smirtyukov yeganə məmur olub ki, Kremlin qəbul edəcəyi ən vacib qərarlar onunla razılaşdırılıb. Əslində vəzifə ranqına görə o, Nazirlər Sovetində maliyyə, təminat, təşhizat və bu kimi məsələlərə cavabdehlik daşıyıb. Müasirlərinin söylədiklərinə görə, Kreml birincilərinin onunla hesablaşmasının səbəbi Smirtyukovun son dərəcə savadlı, düzgün qərar qəbul etmək və proqnoz vermək bacarığı olub.
Xüsusilə 1950-ci illərdən sonra Smirtyukov Kremldə böyük nüfuz sahibi olub. Hətta belə hallar da baş verib ki, hansısa bir nazir baş nazirə müəyyən sənədlərə imza atdırdıqdan sonra Smirtyukov həmin sənədi ləğv etdirmək gücündə olub.
İşlər idarəsinin müdiri işlədiyi illərdə baş nazirlər kadr məsələlərini də Smirtyukovla razılaşdırıblar. İşə qəbul olunmaq istəyənlər əvvəlcə Smirtyukovun kabinetindən keçib.
Zəngin dünyagörüşə, intellektə malik olan Smirtyukov metallurqla metallurq, pedaqoqla pedaqoq, həkimlə həkim dilində danışmağı bacarıb. Heç bir sahənin mütəxəssisi onu aldada bilməyib. Nazirlər Sovetinə daxil olan sənədə bir dəfə nəzər salmaqla o, məsələnin mahiyyətini dəqiqliklə anlayıb. Elə bu səbəbdən də nazirlər, komitə sədrləri baş nazirin qəbulundan əvvəl onun yanına gediblər. Yalnız Smirtyukovun razılığından sonra məsələnin müzakirəsi baş nazirin yanında davam etdirilib. Məsələn, Stalin dövrünün “əfsanəvi naziri” sayılan maliyyə naziri Arseni Zverev 1951-ci ildə istiqrazlarla bağlı təkliflə Nazirlər Sovetinə gələndə Smirtyukov onun təkliflər paketinə nəzər saldıqdan sonra bir cümlə ilə münasibət bildirib: “Bu xalqın cibinə girməkdir”. Smirtyukov öz xatirələrində yazdığı kimi, bu cümlədən sonra Arseni Zverev sənədləri elə onun kabinetində cıraraq zibil səbətinə atıb və Nazirlər Sovetinin binasını tərk edib.
Mixail Smirtyukov bütün rəhbərlərlə dil tapmağı bacarıb. Yalnız Leonid İliç Brejnevlə aralarında soyuq münasibət olub. Yəqin ki, bu da Smirtyukovun təşəbbüskar bir kadr olmasından irəli gəlib. Brejnev Smirtyukovu partiya ilə hökumət arasında qarşıdurma yaradan şəxs adlandırıb.
1979-cu ildə Smirtyukovun 70 illik yubileyində ona Sosialist Əməyi Qəhrəmanı adı verilməsi ilə bağlı təqdimat Brejnevin masasına qoyulanda baş katib əvvəlcə razılıq verməyib. Yalnız Nazirlər Sovetinin sədri Aleksey Kosıginin və Ukraynanın birinci katibi Vladimir Şerbitskinin müdaxiləsindən sonra Brejnev təltiflə razılaşıb.
Kremldə 60 illik fəaliyyətində Mixail Smirtyukov çox hadisələrin şahidi olub və həmin hadisələr haqqında zaman-zaman mətbuata danışıb. Ümumiyyətlə, mətbuata həmişə açıq olan Smirtyukovun müsahibələri böyük maraqla qarşılanıb.
Məlum olduğu kimi, Stalinin vəfatından sonra onun cəbhə bölgələrinə səfər edib- etməməsi haqqında mətbuatda saysız hesabsız müzakirələr açılıb. Bu məsələyə Smirtyukovun açıqlaması daha maraqlı olub:
“İosif Stalinin ona qarşı törədilə biləcək sui-qəsdlərdən çox ehtiyat edib. Hətta Kremlin daxilində belə ona yaxın düşmək mümkün olmayıb. Uzun illər birgə işlədiyimiz dövrdə mən bunun canlı şahidi olmuşam. Belə bir təlimat var idi ki, əgər təsadüfən Stalinlə dəhlizdə rastlaşanda üzünü divara çevirməli və əllərin görünəcək şəkildə dayanmalıydın. Onunla dəhlizdə görüşmək isə heç də təsadüfi olmurdu. Çünki Stalinin dəhlizdə gəzişməyi adət halına çevrilmişdi. Sovet liderləri arasında Nikita Xruşov və Mixail Qorbaçov xalqla daha çox təmasda olub. Amma bu, heç də o demək deyil ki, Stalin cəbhə bölgələrində olmayıb və heç vaxt insan kütlələri qarşısına çıxmayıb. Sadəcə, Stalin öz təhlükəsizliyi üçün bir çox hallarda kütləvi görüşlərdən yayınıb. O ki qaldı onun cəbhə bölgələrində olmasına, mən maraqlı bir faktı açıqlaya bilərəm. Müharibə ərəfəsində Stalin Smolensk istiqamətinə səfər edib. Bu səfər zamanı o, bir gün Vyazmanın kəndlərinin birində gecələyib. Qaldığı evin sahibəsi isə yaşlı bir qadın olub. Səhərsi gün Stalin evi tərk edəndə mühafizə rəisi general Nikolay Vlasikə tapşırıb ki, evdə qaldıqlarına görə evin sahibəsinə pul versinlər. Sonda məlum olub ki, nə Stalinin, nə də onu müşayiət edənlərin heç birinin üstündə pul yoxdur. Pul əvəzinə ev sahibəsinə Stalin üçün nəzərdə tutulmuş və istifadə olunmamış ərzaqlar verilib. Məhz bu səfərdən sonra sovet lideri köməkçisi Poskrebışevə tapşırıb ki, belə görüşlərdə əvvəlcədən ona nə edəcəyini mükəmməl izah etsinlər ki, o sıravi vətəndaşlara borclu qalmasın. Stalin çox nəhəng və dahi bir insan idi. Bu danılmaz faktdır…”
Mixail Smirtyukovun Nikita Xruşovla bağlı aşıqlamaları da maraqla qarşılanıb:
“Stalindən fərqli olaraq mən Nikita Xruşovla daha çox əlaqədə olmuşam. Xruşov o tip siyasətçilərdən idi ki, həmişə başından yuxarı tullanmaq istəyirdi. Onun əhvalı gün ərzində bir neçə dəfə dəyişirdi. Xruşov öz savadsızlığını, hansısa bir məsələdə anlayışsız olduğunu hay-küyü ilə əvəzləyirdi. Bəli, Kremldə belə məmurlar çox olub. Ağıllarına gələni təklif edirdilər, müzakirəsiz və düşünmədən rəsmiləşdirməyə çalışırdılar. Məhz SSRİ-də ilk dəfə ölkənin ailə tərəfindən idarə edilməsi Xruşovdan başlayıb. Kosmonavtlara, artistlərə, yazıçı və şairlərə mənzil, avtomobil, mebel lazım olanda hamı Xruşovun həyat yoldaşına müraciət edirdi. Kürəkəni Acubey mətbuatı öz təsiri altına almışdı. Belə faktlar çoxdur. Xruşov hökumət işlərindən çox qisas işləri məşğul olurdu, o hətta ölülərdən də qisas alırdı. Xruşov dəfələrlə mənim iştirakımla bu gün imza atdığı sənədə səhərisi gün düzəlişlərdən sonra yenidən imza atıb. Xruşov kobud bir adam idi. Onun üçün hamının qarşısında tabeliyində olanları alçaltmaq, təhqir etmək adi bir məsələydi. İçəndən sonra danışığına ümumiyyətlə nəzarət edə bilmirdi. İstisnalar olmaqla, bütün siyasi elita onun hakimiyyətdən getməyini arzulayırdılar və gözləyirdilər. Sonda da saray çevrilişi baş verdi və o təqüdə göndərildi. Ona bağ evini mən ayırmışdım…”
Mixail Smirtyukov baş nazirlər arasında Aleksey Kosıginlə dostluq münasibətində olub. Onların tanışığı hələ 1930-cu illərdən başlayıb. Smirtykov Kosıginin karyerası ilə bağlı sirli bir faktı da açıqlayıb:
“1937-ci ildə məni Nazirlər Sovetində sektor müdiri təyin etmişdilər. Bu vəzifədə ilk ezamiyyətim Leninqrada olub. Səhər saatlarında məni vağzalda qarşıladılar. Planımda ilk olaraq toxuculuq fabrikinə getmək idi. Qarşılayanlara bildirdim ki, artıq iş saatı başlayıb, birbaşa gedək fabrikə. Həmin vaxt fabrikin direktoru Aleksey Kosıgin idi. İlk dəfə idi onunla görüşürdüm. Son dərəcə zövqlə geyinmiş, səliqəsi ilə göz oxşayan bu adam ilk baxışdan məndə xoş təəssürat yaratmışdı. Biz fabriki gəzdik, sexlərdə olduq, sənədləri araşdırdıq, daha sonra fabrikin yataqxanasına da getdik. Harada oldumsa ideal vəziyyətlə üzləşdim. Moskvaya qayıdanda gördüklərimlə bağlı hər şeyi geniş arayış formasında rəhbərliyə təqdim etdim. Bu arayışdan sonra Kosıgin Leninqrad vilayət partiya komitəsinə şöbə müdiri vəzifəsinə təyin olundu. Bu, onun böyük karyerasının başlanğıcı idi. Kosıgin ideal bir şəxsiyyət idi, istər işdə, istər ailədə, istərsə də dostluqda…”
Mixail Smirtyukov SSRİ Nazirlər Sovetinin sədrləri arasında Nikolay Rıjkovu ən zəif və ən bacarıqsız baş nazir sayıb.
Smirtyukov 1990-cı ildə, 81 yaşında fərdi təqaüdə göndərilib. Təqaüddə olduğu illərdə də onun təcrübəsindən istifadə edilib.
Gərgin iş şəraitində işləməsinə, müharibə dövrünü yaşamasına baxmayaraq, Mixail Smirtyukov 95 il ömür sürüb. O, 2004-cü ildə vəfat edib. Uzunömürlülüyünün sirrini açlqlayan Smirtyukov bildirib ki, ona bu illəri bəxş edən piyada gəzintiyə üstünlük verməsi olub.
İlham Cəmiloğlu, Musavat.com
Oxşar Xəbərlər
Mərhum prezident Heydər Əliyevin vəfatından 15 il ötür
Bu gün Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür...
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür
Qorbaçov 1985-ci ildə necə baş katib seçilib? –SSRİ-nin baş naziri Tixonovun əleyhinə olduğu tarixi iclas
Xəbər lenti
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
"Ay qızım, kömək elə…” –
Bakıda eskalator zülmü - Reportaj/Foto
Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO
Bir daha restorana gedəndə buz istəməyin:
Mütəxəssislər səbəbini açıqladı
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ceyhun Bayramov:
Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
Bakının bir sıra yollarında tıxac yaranıb
İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq —
Açıqlama
Ece İrtemin ölüm səbəbi məlum oldu
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
16 yaşlı Vüsalın da meyiti tapıldı
Prezident qəbul keçirdi -
Fotolar
Bu ərazilərdə qaz olmayacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Türkiyədə hava limanında insident -
Polislər yaralandı
Şimşək çaxır, yağış yağır -
FAKTİKİ HAVA
AHİK işçinin səsinə çevrilməlidir, susqun quruma yox
YAŞLILAR KRESLODAN "QALXMAQ" İSTƏMİR, GƏNCLƏR İSƏ... \
– Statistik göstəricilər nəyi ortaya qoyur?
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
Tramp Ərdoğanla görüşdə CAATSA və F-35 məsələlərindən danışdı
SON DƏQİQƏ:
Tanınmış jurnalist SAXLANILDI - FOTO
Azərbaycanlılar bu ölkədən deport olundu
Azərbaycanlılar bu ölkədən deport olundu
Avqustda iş olmayan günlər -
Hansılardır?
Bakıda 6500 manata ev elanı -
"Dələduzların fırıldaq metodu"
Məktəbli forması ilə bağlı yeni dəyişikliklər
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu