120 kiloqramlıq azərbaycanlının davada ölməsinə görə millətlərarası münaqişə? - MƏSƏLƏYƏ BAŞ KONSUL VƏ DİASPOR LİDERİ DƏ MÜDAXİLƏ EDİB...

120 kiloqramlıq azərbaycanlının davada ölməsinə görə millətlərarası münaqişə? - MƏSƏLƏYƏ BAŞ KONSUL VƏ DİASPOR LİDERİ DƏ MÜDAXİLƏ EDİB...

 

Rusiyanın Sverdlovsk vilayətinin Nijnıy Serqı şəhərində, gecə klublarından birinin qarşısında iyunun 22-də baş vermiş davada ölən azərbaycanlıya görə millətlərarası münaqişə riski yaranıb.

Sozcu.info xəbər verir ki, bu münaqişədən kriminal aləmin region üzrə "smotryaşisi” Vaqif Güləhməd oğlu Sultanovun ("Vaqif Kamışlovski”) yerini tutmaq cəhdləri üçün istifadə oluna bilər.

 

"Vaqif Kamışlovski” bu günlərdə ölüb və onun dəfn mərasiminə xüsusi təyinatlılar basqın edib. Onlarla kriminal element saxlanılıb. Vaqifin yerinə əsas iddiaçılar Andrey Vorotnkov ("Vorotnik”), Ağayar Ağayev və Giya Akoyev ("Giya Sverdlovski”) hesab olunurlar.

"Arqumenti i Faktı-Ural” yazır ki, Nijnıy Serqıda azərbaycanlının öldürülməsi ilə bağlı mübahisəyə azəbaycanlı diasporundan kriminal dairələrə yaxın kimsə qarışıb nizamlaya bilər.

Xatırladılır ki, iyunun 22-də Nijnıy Serqıda 40 yaşlı yerli sakin üç azərbaycanlı ilə mübahisə edib. Bu zaman dava yaranıb və onun gedişində 120 kiloqram ağırlığında olan, Rüfət adlı 49 yaşlı azərbaycanlı ölüb. Sonradan onun ürək xəstəsi olduğu açıqlanıb. Azərbaycanlılar həmin şəxsin qisasını almaq üçün kütləvi "razborka”ya cəhd ediblər. Yaxın şəhərlərdən də Nijnıy Serqıya azərbaycanlılar yollanıb.

Şəhəri OMON qüvvələri əhatəyə alıb. Polis azərbaycanlının ölümündə əli olan İvan adlı yerli sakini və onun texnikasını gizlədib, ailəsini şəhərdən çıxarıb. Çünki azərbaycanlılar İvanın "şər şeyini yandıracaqlarını" deyiblər. Hadisə sosial şəbəkələrdə də rezonans doğurub, azərbaycanlılara qarşı çağırışlar səslənib.

Digər məlumata görə həmin davadan bir gün əvvəl bir dəstə azərbaycanlı yerli sakini döyüb. Bundan sonra münaqişə edən tərəflər həmin kafenin qarşısında görüş təyin ediblər. "Azərbaycanlılar tərəfdən görüş yerinə bir dəstə adam gəlib, yerli sakinlər isə 3 nəfər olublar. Dava zamanı azərbaycanlılardan birini itələyiblər və o, yıxılıb ölüb”-mənbə deyib.

Orta Uraldakı azərbaycanlı diasporunun lideri Şahin Şıxlinski də bu davaya münasibət bildirib, orada milli məsələnin olmadığını deyib.

Azərbaycanlını vuran İvan

Azərbaycanın Uraldakı Baş konsulu İlqar İsgəndərov isə deyib ki, konsulluq münaqişələrin dinc yolla həllinə tərəfdardır və hüquq-mühafizə orqanlarından həmin dava ilə bağlı ətraflı məlumat gözləyir.

"Mən bilmirəm, ölən şəxs Azərbaycan vətəndaşıdır, ya yox. Əgər o Rusiya vətəndaşıdırsa hər şey qanun çərçivəsində olacaq. Bizim mövqeyimizə gəldikdə isə şübhəsiz ki, bütün çoxmillətli konfessiyalar arasında sülhə tərəfdarıq”,-konsul deyib. Əlavə edib ki, konsulluq həmin davanın "sırf məişət zəminində” baş verdiyini düşünür və hadisəni ətraflı araşdıracaq.

"Bizim buradakı diasporumuz çoxsaylıdır və əlbətdə, biz istəməzdik ki, hansısa maraqlı şəxslər bu situasiyadan öz xeyirləri üçün istifadə etsinlər. Bizə stabillik, dostluq lazımdır”,-İsgəndərov əlavə edib.

Konsul İ.İsgəndərov

Baş konsulun sözlərinə görə, o "azərbaycanlıların rus oğlanlarını küçədə ovlayıb döydükləri” barədə deyilənlərə inanmır. Çünki "rus oğlanları həmişə özlərini qoruya bilirlər”.

Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə idarəsi də hadisənin "sırf məişət zəminində” baş verdiyini açıqlayıb. Həm davada ölən azərbaycanlının, həm onu vuranın əvvəllər məhkum edildiklərini bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti