Qahirədə İbrahim Gülşəni Bərdəi həzrətlərinin məqbərəsi təmir olunur

Qahirədə İbrahim Gülşəni Bərdəi həzrətlərinin məqbərəsi təmir olunur

 


 

    Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində dəfin olunan soydaşımız İbrahim Gülşəni Bərdəi həzrətlərinin məqbərəsi hökumət tərəfindən bərpa olunur.  "Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov verdiyi məlumata görə, o bu günlərdə  Ibrahim Gülşəni Bərdəi həzrətlərinin məqbərəsinin bərpasında çalışan alimlərlə və ustalarla görüşmüşdür. Tədiqatçı-alim məqbəranın bərpasında  calışanlara böyük azərbaycanlı alim İbrahim Gülşəni həzrətinin həyatından, onun  Azərbaycanın Bərdə şəhərəndə 1426- cı ildə anadan olması barədə məlumat vermişdir. O böyük dahi insanın üç dili mükəmməl bildiyini, elm əldə etmək məqsədilə müxtəlif ölkələrə səfər etdiyini və ömrünün son 30 ilini Misirdə yaşadığını və orada vəfat etdiyini bildirmişdir. 1485 ci ildə Misirə gələn Gülşəni həzrətlərinin yerli xalqın rəğbət və ehtiramını qısa müddət ərzində qazandığını, muridlərinin sayının minlərlə olduğunu vurğulamışdır. 

     Tədqiqatçı-alim Seymur Nəsirov Misir Ərəb Respublikasında  Azərbaycanla bağlı apardığı araşdırmalar əsnasında İbrahim Gülşəni həzrətləri haqqında da məlumata rast gəlir və onun Qahirədə dəfn olunduğunu biləndən sonra dəfn olunduğu məqbərəni axtarır. Uzun axtarışlardan sonra azərbaycanlı alimin Qahirə şəhərinin əl-Dərb əl-Əhmər rayonunda yerləşən məqbərədə dəfin olunduğu öz təsdiqini tapır. Həmin məqbərənin bərpad vəziyyətdə olduğunu görən tədiqatçı-alim Misirin İrsi Qoruma Nazirliyinə bərpa işləri üçün müraciət edir. Bununla yanaşı Gülşəniyyə təriqətinin, Xəlvətiyyə təriqətinin bir qolu olduğu nəzərə alan Seymur Nəsirov dəfələrlə Misirdə Xəlvətiyyə təriqətinin məşhur şeyxləri ilə görüşür və məqbərənin bərpa olunması və məqbərənin yenidən ziyarət üçün açılmasından ötrü Misir hökümətinə müraciət etmələrini xahiş edir. Onlarda bir neçə dəfə hökumətə müraciət edirlər. Seymur Nəsirov onuda bildirdi ki, məqbərənin ətrafında yaşayan yerli əhali ilə görüşləri  zamanı onların İbrahim Gülşəni Bərdəi həzrətlərinin böyük kəramət sahibi olduğunun yekdilliklə qeyd olunduğunun şahidi olub. Onuda qeyd etmək lazımdır ki, diaspora rəhbəri dəfələrlə azərbaycanlı qonaqları və universitet tələbələrini Gülşəni həzrətlərinin ziyarətinə aparmış və öz feysbuk səhifəsində bu məqbərənin bərpa olunması ilə bağlı çağrışlar etmişdir.

     Xatırladaq ki, tədiqatçı-alim Seymur Nəsirov 20 ildən çoxdur ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır. O hazırda 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın və Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir.

 

    A.Məmmədli,

"Yeni Sözçü"

Qahirədə İbrahim Gülşəni Bərdəi həzrətlərinin məqbərəsi təmir olunur

 

Qahirədə İbrahim Gülşəni Bərdəi həzrətlərinin məqbərəsi təmir olunur

 




Oxşar Xəbərlər

Xəbər lenti