Bakradzedən açıqlama : "MSK-nın dünənki qərarı vəziyyəti dahada çətinləşdirdi"


"Gürcü Arzusu"nu gözləyəcəyik görək hansı qərarı verəcək, ancaq MSK-nın dünənki qərarı dialoq prosesini mürəkkəbləşdirdi".
Bu barədə "Avropa Gürcüstanı" partiyasının lideri Davit Bakradze ABŞ səfirinin iqamətgahında keçirilən görüşdən əvvəl jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, müxalifət iclasa həll yolu tapmaq üçün girir, lakin MSK-nın ötən gün verdiyi qərar dialoq qapısını bağlayıb:  “MSK-nın dünənki qərarı dialoq prosesini xeyli ağırlaşdıracaq, çünki müddətlər tezləşdirildi və müxalifətin əlindən məhkəmə hüququ alındı ki, bu da birbaşa qanun pozuntusudur. Bu iqtidar tərəfindən dialoqa və vəziyyətin normallaşdırlması cəhdlərinə verilən cavabdır. Ona görə də, onsuz da ağır olan dialoqumuz, lap ağırlaşdı", - deyə o bildirib. Xatırladaq ki, Mərkəzi Seçki Komisiyası dünənki iclasda rayon məntəqələrinin yekun aktları ilə bağlı, müxalifətin və Gənc Hüquqşünaslar Asosiyasiyasının şikayətlərini qəbul etməyib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}