Nazir Mikayıl Cabbarovun işdən çıxartdığı baş redaktor:"Əgər rəhbərlik belə qərar veribsə, bunu onlardan soruşun"

Nazir Mikayıl Cabbarovun işdən çıxartdığı baş redaktor:"Əgər rəhbərlik belə qərar veribsə, bunu onlardan soruşun"

 

”Speys" Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün” informasiya proqramının keçmiş baş redaktoru Elman Gədiklini işdən getməyi ilə bağlı Ölkə.Az-a danışıb.

E.Gədikli əməkdaşımızla söhbətində bildirib ki, əsəblərində problem yarandığı üçün belə qərar verib: "Son bir ildə əsəblərim yerində deyildi. Bir ay ərzində isə bacımı və qardaşımı itirmişəm. Ona görə də çox gərginəm. Xəbərlər də ağır yerdir. Ona görə öz ərizəmlə işdən çıxmışam. Amma ola bilsin ki, nə vaxtsa Space-ə qayıtdım".

Keçmiş baş redaktor yerinə təyin edilən Azadə Balayeva barədə danışmaq istəməyib: "Əgər rəhbərlik belə qərar veribsə, bunu onlardan soruşun".

Qeyd edək ki, E.Gədiklinin işdən çıxarılmasıyla bağlı da xəbərlər yayılıb. Bildirilir ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra təhsil naziri Mikayıl Cabbarov Space-in rəhbəri Vaqif Mustafayevə zəng vurub. Məhz bu zəngdən sonra Gədikli işdən çıxarılıb.



Oxşar Xəbərlər

Xəbər lenti