Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Virtualaz.org-un xəbərinə görə, memorandumu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.
Mərasimdə çıxış edən Kamran Əliyev imzalanan yeni sazişin cəmiyyətin və dövlətin maraqlarına xidmət edəcəyini bildirib. İdarə rəisi bu mühüm sahədə korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılmasına dair tərəflərin birgə fəaliyyətinin qanunla müəyyən edilmiş tələblər səviyyəsində qurulması üçün bütün zəruri tədbirlərin görüləcəyini qeyd edib.
"Əgər bu sahədə gələcəkdə yeni faktlar aşkar olunarsa, həmin şəxslər məsuliyyətə cəlb ediləcək. Vətəndaşlar yalnız keyfiyyətli dərmanlarla təmin olunmalıdır. Bununla əlaqədar müvafiq dövlət qurumları ilə birgə işlər görülür"- deyə K.Əliyev əlavə edib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlardan biri kimi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılmasının sevindirici hal olduğunu qeyd edib.
İmzalanma mərasimindən sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.
İnarə Rafiqqızı
Foto Samirə Həsənovanındır
Virtualaz.org