8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Qafqazinfo” xəbər verir ki, o, "Bizim Yol”a açıqlamasında məlumatın yalan olduğunu söyləyib: "Petek xanımdı da, şou-biznes əhlidir, ağzına gələni deyib. Belə bir şey ola bilməz. Sizcə bu nə dərəcədə düzgündür? İcra hakimiyyəti torpaq vermir, torpağı bələdiyyə verir, onlar da verməyib, belə bir şey yoxdur. Olsa idi bu rəsmi olmalı idi. Bundan başqa xarici vətəndaşın burda torpaq alması mümkün deyil.”
Daha sonra Elxan Usubov bunları deyib: "Petek xanım Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə burda konsert verib. Konsertin təşkilatçıları Şəki Şəhər İcra Hakimiyyəti və "ARB” kanalı olub. Bu xanım da bu əsasla burda konsert verib. Ona burda heç kim torpaq verməyəcək, belə bir şey ola bilməz”.
Qeyd edək ki, Şəki şəhərində konsert verən Türkiyənin məşhur müğənnisi Petek Dinçöz "ATV maqazin onlarla” verilişinə açıqlamasında ona torpaq sahəsi bağışlandığını deyib. İfaçı Şəkinin bələdiyyə sədrinin ona torpaq bağışlamağa söz verdiyini açıqlayıb: "Sizə şad xəbər verim. Dəyərli bələdiyyə sədrimiz söz verdi ki, mənə torpaq bağışlayacaq. Mən də orda ev tikdirəcəyəm. Yay aylarıda buradakı evimə gələcəm”