Estoniya mətbuatında “Azərbaycanda çörəyə ehtiramla yanaşırlar” başlıqlı məqalə çap olunub

Estoniya mətbuatında “Azərbaycanda çörəyə ehtiramla yanaşırlar” başlıqlı məqalə çap olunub

 

Estoniyanın nüfuzlu "Postimes” qəzetində "Azərbaycanda çörəyə ehtiramla yanaşırlar” adlı məqalə çap olunub.

https://reisile.postimees.ee/6405575/aserbaidzaanide-eriline-austus-kuulub-leivale?utm_source=facebook.com&utm_medium=button_article&utm_campaign=fb_social&utm_content=6405575

Bu barədə Sozcu.info-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.

"Məqalə bütünlüklə Azərbaycan mətbəxinə həsr olunub. Məqalədə Estoniya Azərbaycan məktəbinin rəhbəri, R4 dalğalarında efirə gedən "Ocaq” verilişinin baş redaktoru Sənəm Əliyeva oxuculara Azərbaycan mətbəxinin zənginliyi ilə bağlı ətraflı məlumat verib. Sənəm Əliyeva Azərbaycan mətbəxini fransız və Çin mətbəxlərinin nüfuzu ilə müqayisə edib. Azərbaycanda çörəyə qarşı olan ehtiram, müxtəlif növ lavaşların hazırlanması haqqında danışıb. Plov, dolma və bozbaş və sairə milli yeməklər barədə söhbət açılıb.

Məqalənin sonunda oxuculara plov, paxlava, ağ gilas mürəbbəsinin hazırlanması qaydaları haqqında məlumat verilib”.



Oxşar Xəbərlər

Xəbər lenti