8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Azərbaycanın bütün gömrük-keçid məntəqələrində "donuz qripi" əleyhinə xüsusi avadanlıq quraşdırılıb".
Sozcu.info xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, komitə bu məsələdə Səhiyyə Nazirliyi və digər aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq edir: "Əhalinin təhlükəsizliyi, sağlamlığı ilə bağlı bütün parametrlər nəzərə alınıb. Hesab edirəm ki, bu sahədə biz kifayət qədər nəticələr əldə etmişik. Bu gün də gücləndirilmiş iş rejimində çalışırıq. Əhalinin həm məlumatlandırılması, eyni zamanda xəstəliyin Azərbaycana gəlməməsi üçün xüsusi dezinfeksiyaedici, karantin sahələr elan olunub. Hər bir şey nəzarətimizdədir".