Rusiyalı ekspert:“ABŞ Qafqaz bölgəsini müharibəyə sürükləyir” - Təhlil

Rusiyalı ekspert:“ABŞ Qafqaz bölgəsini müharibəyə sürükləyir” - Təhlil

 

Qayaz Validi

EAdaily.com, 01.08.2016


Türkiyədəki qəribə qiyam Ermənistanda heç az qəribə olmayan və doğrudan da, anlaşılmaz qiyamdan öncə gəldi. Və görünə bilər ki, burada aşkar əlaqə yoxdur. Lakin İrəvanda prezident Serj Sərkisyanın istefasını tələb edən və Dağlıq Qarabağ üzrə güzəştlər əleyhinə çıxış edən qiyamçılar, həmçinin Türkiyədəki qiyam müəyyən qədər antirusiya mövqeyi tutur. Hər iki qiyamın nəticəsi bu və ya başqa formada planlı və qaçılmaz şəkildə qorxunc qənaətə aparır: Qafqaz bölgəsi irimiqyaslı müharibə məkanına çevrilir!

Başlanğıc üçün qiyamdan sonra şəkillənmiş yeni Türkiyə gerçəkliklərini nəzərdən keçirək: daxili sabitliyin səviyyəsi tərəddüd edir, ölkə üçün anlaşıqlı "sabah” yoxdur, Ərdoğan bütün səviyyələrdə yeni hərbçilər nəsli yetişdirincə (əgər bacarsa) hərbçilərlə onun arasındakı münaqişənin səviyyəsi sabit qalacaq. Rusiya ilə münasibətlər nominal şəkildə yaxşılaşır, Avropa və ABŞ-la isə münasibətlər pisləşir. Lakin burada da pərdəarxası gerçəklikdənsə (Türkiyənin Ukrayna və Baltikyanında Rusiyaya qarşı yeni texnologiyalar üzrə təlim keçənlərin timsalında "informasiya müharibəsi” buna əyani nümunədir) görüntü aşkar şəkildə çoxdur. Əsas qayda hələlik saxlanır: imperiyanı təhlükəli xarici düşmən qədər heç nə birləşdirmir.

Və budur, bu məqamda "kürd sükutu” tamam başqa cür qavranmağa başlanır.Bütün Türkiyə üçün xarici düşmən roluna ideal şəkildə yaraşan kürdlər açıq şəkildə susublar, onların qiyamdan qabaq zirvəyə çatmış terrorçuluq fəallığı isə sıfıra enib. Ərdoğan Rusiyadan artıq açıq şəkildə düşmən düzəldə bilmir, Avropa ilə düşmən olmaq hədsiz dərəcədə təcavüzkaranə, yolverilməz şəkildə bahadır. Ərdoğan üçün ABŞ-a qarşı çıxış etmək isə ümumiyyətlə intihardır. Nə qalır? Bunun üçün Ermənistandakı hadisələrə dönək.

Elə burada da hər şey anlaşılmazdır: hazırda silahlı adamların girov götürdüyü, polisləri güllələdiyi, lakin hücum əvəzinə hökumətin yumşaq cavabını, dialoq və "uşaqları maksimal şəkildə yumşaq” mühakimə etməyə çağırışlar qazandığı hər hansı ölkəni təsəvvür etmək çətindir. Qiyamçılar hökuməti Qarabağ münaqişəsində Ermənistanın maraqlarını satmaqda ittiham edir və bu tezis ölkənin qiyamçılara, lakin əslində əsil terrorçulara (silahlı adamların girov götürməyi və bu prosesin qətllərlə müşayiət edilməsini heç bir qanunvericilik başqa cür adlandıra bilməz) aşkar dəstək aksiyaları təşkil edən əhalisi içərisində ciddi dəstək tapır.

İrəvan indi durumun istənilən inkişafında ("qiyamçılar” üzərində formal qələbə artıq rol oynamır da) Qarabağ üzrə mövqeyini  dəqiq şəkildə sərtləşdirəcək. Axı bu, ölkədəki iqtisadi durumu yaxşılığa doğru dəyişdirməkdən xeyli asan və əyanidir.

Və bu məqamda xatırlatmaq lazım gələcək ki, Azərbaycanın da öz problemləri yetərincədir (ölkə enerji daşıyıcılarının ucuzlaşan qiymətindən asılı düşüb), Qarabağ münaqişəsi isə İlham Əliyevə xalqı öz ətrafında birləşdirməyə imkan verir. Və Dağlıq Qarabağda müharibə Azərbaycan hökumətinə də siyasi baxımdan sərfəlidir. Həm də Ərdoğana.

Lakin bu cür müharibə nəyə gətib çıxarcaq? Bəli, iqtisadi xarakterli bütöv bir silsilə problemlərdən diqqət yayınacaq, lakin Qafqaz bölgəsində "kiçik bölgəsəl münaqişə” barıt anbarında qızınmaq üçün benzinı alışdırmağa başlamaq kimidir. Qarabağ məsələsi qalanan ocağın başında qızınmağa çalışan hər kəsi yandıra biləsi əzəmətli yanğının yalnız, vur-tut, başlanğıcı olacaq.

Avropadan hələlik uzaq və ABŞ-dan zəmanətli şəkildə aralı daha bir müharibə – Ermənistanda və Türkiyədəki əcaib qiyamları "birləşdirən” və qaçılmaz görünməyə başlayan münaqişənin ən qısa təsviri, bax, budur.

Rusiya da bu münaqişəyə qarışmağa məcbur olacaq və hətta onu "səmərə götürmək cəhdi”ndə tam ittiham etməyə başlayacaqlar. Axı Azərbaycan və Ermənistan orduları Rusiyanın tədarük etdiyi silah sisteminə söykənir. Lakin od tutan Qafqaz Moskva üçün öz ərazisində sürətli problemlərə dönəcək ki, bu da əzəmətli qüvvə və vəsait cəlb edəcək (və bu cür münaqişəni ucuz neftin "pulu ilə söndürmək” baş tutmayacaq). Nə qədər ki, (dünyanın baş terrorizm təhlükəsi statusunu hələ tam itirməmiş) İŞİD-in dərsi verilir, Qafqaz bölgəsi radikal və terrorçular üçün yeni platsdarm açır. Bu cür təhdidlər isə orada asanlıqla Orta Asiyadan Avropaya sürünə bilər.

Münaqişəyə bu və ya başqa biçimdə cəlb edilənlərin hamısı uduzacaq, çünki pisləşən iqtisadi durumu müharibə ilə xilas etmək olmaz. Rusiya və Türkiyə yenə də saxta tərəfdaşlıq statusu ilə birbaşa hərbi qarşıdurma arasında vurnuxacaq. Avropa, ən azı, vahimə yaşayacaq, axı indi təkcə mühacirlərin yeni dalğasını qazanmayacq, həm də "müharibə tikəsi”ni özünə "hədiyyə götürəcək”.

Moskva hər tərəfdən – NATO, Suriya, Ukrayna, Qafqaz… Orta Asiyadan müdhiş qüvvələri özünə cəlb edən münaqişələr arasında tikə-parça olacaq.

Və gözlənilmədən təkcə Vaşinqtonun bəxti gətirəcək: Avropa daha üzüyola olacaq, Rusiyanın diqqəti yayınacaq və münaqişə də uzaqdadır. Həm də qarşıdurma iştirakçılarının geopolitikasında nəsə dəyişilsə, öz mövqelərini möhkəmlətmək fürsəti yaranacaq. Axı ABŞ-ın iştirakının birbaşa sübutu həqiqətən də yoxdur: hər şey Kiyev və Tiflis, Qahirə və Dəməşq, İstanbul və İrəvanda bir-birinin davamı olan qəribə qiyamlardan başlanır. Amerikalılar dünyada irimiqyaslı bütün münaqişələrin fonunda olduğu kimi, sadəcə, fayda əldə edəcəklər…

 



Oxşar Xəbərlər

Xəbər lenti