8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında iyulun 12-dən 21-dək keçirilən Respublika Şahmat Olimpiadası başa çatsa da, söz-söhbət bitmək bilmir.
Azərbaycan Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən olimpiadada 58 şəhər və rayonunu təmsil edən 551 şahmatçı mübarizə aparıb. Sosial şəbəkədə yayılan məlumata görə, Olimpiada zamanı FIDE qaydaları qaydaları pozulub. Belə ki, Qax Olimpiya İdman Kompleksində kənar şəxslər, polis nəfərləri olub. Olimpiadanın təşkilatçıları isə bunun qarşısını almayıblar.Turnirin baş hakimi Qūdrət İsmayılov da bu vəziyyətin qarşısını almaqda maraqlı olmayıb.
Sosial şəbəkədə yayılan məlumatdan belə bəlli olur ki, yarışların keçirildiyi zalda kondisioner işə salınmayıb. Bunun səbəbi kimi isə hər gün üçün 230 manat pul tələb olunması olub. Qeyd olunur ki, bun görə olimpiada iştirakçıları istidən çox əziyyət çəkiblər. Valideyn və məşqçilər də bu gūnlərdəki əziyyətləri qatlaşmaq məcburiyyətində qalıblar. Olimpiadanın keçirildiyi Qax Olimpiya İdman Kompleksində tualetin biabırçı vəziyyətdə olması xüsusi qeyd edilir. İddiaya görə yarış iştirakçılarına sərinləşdirici işkilərin və yüngül qəlyanaltının verilməsi proqramda olsa da, reallıqda bunlar olmayıb.
Bu məlumatlardan çıxan nəticə isə ondan ibarətdir ki, Şahmat Olimpiadasına ayrılan pulların təyinatı üzrə xərclənməsi şübhə doğurur. Xəbərdə adı keçən qurumların, xüsusilə də Azərbaycan Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin mövqeyini dinləməyə hazırıq. Olimpiadanın keçirildiyi məkanda tualetin qapısının olmaması və anti-sanitar vəizyyətdə olması ilə bağlı məlumata isə Qax Olimpiya İdman Kompleksinin rəhbərliyi aydınlıq gətirməlidir.
A.Nəbiyev,
"Yeni Sözçü” qəzeti