Dünən, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
Bakının mərkəzində bıçaqlanma hadisəsi baş verib.
Hurriyyet.org xəbər verir ki, avqustun 24-də naməlum şəxs Nəsimi rayonu ərazisində kirayədə yaşayan Sumqayıt şəhər sakini S.Canımovaya bıçaqla xəsarət yetirib.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qurbanlı tutulub.
Ətrafında aparılmış tədbirlərlə onun avqustun 19-da Abşeron rayon sakini M.Alının baş nahiyəsinə şüşə qabla xəsarət yetirərək quldurluq yolu ilə 70 manat pulunu, mobil telefonunu və qızıl əşyalarını alması da müəyyən edilib.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.