Bakıda restoranda ölümlə nəticələnən zəhərlənmənin ƏSAS SƏBƏBİ - ARAŞDIRMA BAŞLANDI

Bakıda restoranda ölümlə nəticələnən zəhərlənmənin ƏSAS SƏBƏBİ

 

Bakıda restoranda zəhərlənmə faktı qeydə alınıb.

 

APA-nın məlumatına görə, ötən gün şəhər sakini Bayramov Sərxan Niyazi oğlunun zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olması və həmin xəstəxanada ölməsi barədə daxil olan məlumat əsasında Nərimanov rayon Prokurorluğunun, rayon Polis İdarəsinin əməkdaşları və tibbi ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Bu barədə Lent.az -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva bildirib ki, qeyd olunan hadisə ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

 

"Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək".

Qeyd edək ki, S.Bayramov qohumu Cəlal Həmzəyevlə birlikdə bir neçə gün qabaq Nərimanov rayon ərazisində yerləşən "Baku Voice Rooms” restoranında, daha sonra Nəsimi rayon ərazisində "Baku City” restoranında müxtəlif spirtli içkilər və qida məhsulları qəbul ediblər. Daha sonra həmin şəxslər özlərini yaxşı hiss etmədikləri üçün xəstəxanaya müraciət ediblər. S.Bayramov müalicə aldığı Kliniki Tibbi Mərkəzdə ölüb, C.Həmzəyevin vəziyyəti isə ağırdır.

Əlavə edək ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti