YAP imzatoplama kampaniyasına start verdi –40 min imza yığılmalıdır

YAP imzatoplama kampaniyasına start verdi

 

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib.

YAP-dan APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, siyasi partiya prezidentliyə irəli sürdüyü namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdır. Qanuna görə, 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır. Lakin YAP ənənəsinə uyğun olaraq, mövcud 125 dairənin hər birinin ərazisindən tələb edilən sayda imza toplamağı planlaşdırır.

Qeyd edək ki, MSK aprelin 11-də prezident seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsini fevralın 14-də təsdiqləyib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}