8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Onun sözlərinə görə, Ermənistandakı hadisələrə təkcə ağır sosial fon deyil, həm də antirusiya əhval-ruhiyyəsi təsir edib.
"Sərkisyanın arxasında bir neçə oliqarx dayanırdı, üstəgəl erməni mənşəli rusiyalı oliqarxlar. Onlar bütün Ermənistana nəzarət edirdilər və praktiki olaraq süni şəkildə ölkə əhalisinin yarısını qovmuşdular, çünki ölkədə imkanlar yox idi, tükənmişdi”-Saakaşvili deyib.
Saakaşvilinin sözlərinə görə, Ermənistanda antirusiya əhval-ruhiyyəsi yüksəkdir və bu ölkə Rusiyanın orbitində qalmayaq.
"Hamı başa düşdü ki, Rusiya Qafqazda hansı oyunu oynayır. Rusiya maraqlı deyil ki, müharibəni Ermənistan udsun, yaxud Azərbaycan. Bir əli ilə Ermənistana silah verir, o biri əli ilə Azərbaycana. Bir tərəfdən Ermənistanı qızışdırır, o biri tərəfdən Azərbaycanı. Və sonda onun marağı Qafqazda münaqişənin saxlanılmasından ibarətdir”-gürcü inqilabının lideri bildirib.
Saakaşvili əlavə edib ki, seçkilər həm Ermənistanda, həm Gürcüstanda formal xarakter daşıyır və real dəyişikliklərə gətirib çıxarmır. Bdzina İvanişvili Gürcüstanda kifayət qədər böyük imkana, sərvətə sahibdir.
Onun fikrincə Ermənistanda hadisələrin bu cür inkişaf etməsinə gənclərin güclü təsiri oldu. Saakaşvili hesab edir ki, Ermənistanın əsas vəzifəsi deoliqarxizsiya olmalıdır.
"Əgər oliqarxların kökünü kəsməsən insanların vəziyyəti düzəlməyəcək...Ona görə də Ermənisanda bütün oliqarxların kökü kəsilməsə onlarda heç nə alınmayacaq...Sonra Ukraynada, Ermənistanda, Gürcüstanda elə adamlar qalib gəlir ki, sadəcə olaraq müxalifət rolu oynamırlar, doğrudan da satılmayıblar və guya sistemə qarşı oynadıqları barədə görüntü yaratmırlar”-Saakaşvili deyib.
Virtualaz.org