8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şəkinin Baltalı kəndində ailə münasibətləri zəminində qeyri-adi hadisə baş verib.
Sozcu.info xəbər verir ki, Şəkinin Baltalı kən sakini Əskərov Seymur Şamil oğlu həyat yoldaşı Əskərova Həqiqət Əhməd qızı və 2 övladı ilə Bakı şəhərində kirayədə yaşayıb. Ancaq bu gənc ailə arasında tez-tez mübahisələr baş verdiyindən, qadın 2 övladını da götürərək kəndə üz tutub. Hər şey elə bundan sonra başlayıb...
Qadın kəndə qayıtdıqdan sonra Seymur Əskərov həyat yoldaşının Şəki şəhər sakini olan Əhmədov Əvəz Mahir oğlu ilə yaxın münasibətdə olmasını öyrənib. Və hər iki şəxsdən qisas almaq qərarına gəlib. Bu məqsədlə Seymur 2016-cı ilin 17 fevral tarixində Yasamal rayonunda kafelərin birində Zalov Səbuhi Tahir oğlu ilə görüşüb, bu işdə ona kömək etməsini xahiş edib. S.Zalov isə təklifdən imtina etməyib və onlar "ideal plan" hazırlayıblar.
Beləliklə, qurulmuş plan əsasında 18 fevral tarixində hər iki şəxs Baltalı kəndinə gəliblər. Kəndin Qarabulaq adlanan ərazidəki sahibsiz tikilidə əvvəlcədən gətirdikləri ip vasitəsi ilə Səbuhi Seymurun əllərini və ayaqlarını kürək nahiyəsindən bir-birinə bağlayıb, şalvarının belindən kəmərini çıxarıb, onun kürək nahiyəsindən bir neçə zərbə vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirib. Sonra isə Seymur Əskərov öz mobil telefon nömrəsindən Həqiqət Əskərovanın mobil telefon nömrəsinə Həsən adlı şəxs tərəfindən оnа qаrşı quldurluq hаdisəsinin törədilməsi ilə bağlı uydurma məzmunlu mesajlar yazıb, оnа qarşı ağır cinayət əməlinin törədilməsini səhnələşdirərək süni ittiham sübutları yaradıb.
Bundan sonra razılaşmalarına əsasən, Səbuhi Zаlоv Seymura məxsus mobil telefon nömrəsindən Dаxili İşlər Nаzirliyinin 102 Məlumаt Mərkəzinə zəng vuraraq bir nəfər tаnımаdığı şəxsin əl-qolunun bağlı vəziyyətdə Şəki rаyоnu, Bаltаlı kəndində köhnə fermаdа aşkar etdiyini və həmin əraziyə polis əməkdaşlarının göndərilməsini xаhiş edib. Bundan sonra Seymur Əskərov Səbuhi Zalovdan mobil telefonu götürərək deyilənlərin düzgün olduğunu təsdiqləyib. Dərhal hadisə yerinə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları gələrək, Seymur Əskərovu əlləri və ayaqları bağlı vəziyyətdə aşkar ediblər.
Qurulmuş plan əsasında Seymur polis əməkdaşlarına iki nəfər tanımadığı şəxsin onu Bakı şəhərindən Şəki rayonuna gətirdiyini, аşkаr edilən yerdə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə 143 manat pulunu və ona məxsus bir ədəd mobil telefon aparatını taladıqlarını bildirib. Bu cinayətin törədilməsində isə həyat yoldaşı Həqiqət Əskərovadan və Əvəz Əhmədovdan şübhələndiyini bildirərək, bu barədə bir daha Şəki Şəhər-Rayon Polis şöbəsinə ərizə ilə müraciət edib.
Daxil olmuş ərizə əsasında Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) maddəsi ilə başlanmış və Həqiqət Əskərova ilə Əvəz Əhmədov şübhəli şəxs qismində həbs edilib. Ancaq istintaq araşdırmaları zamanı məlum olub ki, Seymur Əskərov ağır cinayətin törədilməsi və süni ittiham sübutların yaradılması ilə bağlı cinayətin edilməsi haqqında bilə-bilə yalan xəbərçilik edib. Dərhal S.Əskərova qarşı Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə cinayət işi başlayıb və o, təqsirləndirilən şəxs qismində həbs edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2016-cı il tarixli hökmü ilə Seymur Əskərov 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. S.Əskərov hökmdən apellyasiya şikayəti versə də, Şəki Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.