“Koronavirusu ABŞ ordusu gətirib” - ÇİNDƏN ŞOK İTTİHAM

“Koronavirusu ABŞ ordusu gətirib”

 

Sozcu.info xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin mətbuat xidməti ABŞ ordusunu koronavirusu Çinin Vuhan şəhərinə gətirməkdə ittiham edib. Çin XİN-in sözçüsü Çjao Litsyan "Tvitter” səhifəsində yazıb: "ABŞ bizə bir  açıqlama borcludur!”

Çjao Litsyan bu sözləri, Amerikanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin başçısı Robert Redfildin ABŞ-da qripdən öldüyü güman edilən insanlarda ölümlərindən sonra koronavirus aşkar edilməsini söylədiyi xəbərdən sonra yazıb.

Çjao Redfildin bu açıqlaması ilə həqiqətin aşkar olduğuna işarə vuraraq, ABŞ-da ilk xəstənin nə vaxt ortaya çıxdığını, xəstəliyə neçə nəfərin yoluxduğunu və hansı xəstəxanalardan istifadə edildiyini soruşub.

Çjao yazıb: "Epidemiyanı Vuhana ABŞ ordusu gətirmiş ola bilər. Şəffaf olun. Məlumatlarınızı xalqa açıqlayın. ABŞ bizə bir açıqlama borcludur”.

Çinin məşhur epidemioloqlarından olan Cong Nanşan virusun ilk dəfə Çində meydana çıxmasının onun mənbəyinin Çin olduğu demək olmadığını iddia eləmiş, bu məsələ ilə bağlı istintaq aparılaraq, mənbənin araşdırılmasının lazım olduğunu söyləmişdi.

ÇİN XİN ABŞ məmurlarının Kovid-19-i "Çin virusu” və ya "Vuhan virusu” adlandırmalarına da etirazlarını bildirərək, mənbənin Çin olmaya biləcəyini bəyan eləmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti