Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Əvvəlki
Sonrakı
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Paşinyanın nə vaxt gedəcəyi, yerinə kimin gələcəyi artıq məlumdur:
Bu barədə qərar Ermənistandan kənarda qəbul edilib
Ermənistan cəmiyyətindəki parçalanma bu ölkədə cərəyan edən siyasi proseslərə yeni istiqamətlər verib. Revanşist siyasi dairələr öz mövqelərini böyük sürətlə itirməyə başlayıb...
Ermənistanda hakimiyyət dəyişikliyində rəsmi Bakının siyasi iradəsi, Azərbaycanın atacağı geopolitik addımlar həlledici rol oynaya bilər. Çünki Ermənistanın siyasi səhnəsinə müdaxilə edə biləcək paytaxtların sırasında artıq Bakı da yer alır...
Böyük ehtimalla rəsmi Bakı Paşinyan hakimiyyətinin gələcək taleyi ilə bağlı konkret geopolitik maraqlarla yüklənmiş qərara artıq malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarında həmin qərarın bəzi şifrələrini çözmək üçün ipucları tapmaq mümkündür...
Sosial şəbəkələrdə bəzilərinin mövcud situasiya barədə iddialarına diqqət etdikdə heyrətlənməmək mümkün deyil. Sanki hər şeyi qaralamaq, tarixi zəfərimizi gözdən salmaq, ölkənin və xalqın parlaq qələbəsindən qürur duyan vətəndaşların sevincini qursağında buraxmaq üçün əllərindən gələn hər şeyi edirlər. Sanki ölkədə pessimist əhval-ruhiyyə yaratmaq üçün bəhanə gəzirlər.
Əslində, elə bir bəhanələri də yoxdur. Ona görə də, "qara propoqanda"larının məzmununu bir qayda olaraq, uydurmaq məcburiyyətində qalırlar. Və bununla da, guya siyasət ilə məşğul olduqlarını düşünürlər.
Amma belə siyasət olmaz. Belə "qara propoqanda" kimsəyə siyasi divident çıxmaz. Çünki ortalıqda inkaredilməz reallıq var. Cəmisi 3 ay öncə - 26 sentyabr 2020-ci ildə Azərbaycan ərazilərinin 20 faizi işğal altında idi. İşğal altında olan torpaqlarımızda düşmən "yallı gedirdi". İndi "qara propoqanda" ilə məşğul olanlar da həmin tarixə qədər "Azərbaycanın ərazi bütövlüyünün bərpası yaxın vaxtlarda inandırıcı deyil" deyirdilər. Yəni Azərbaycanın belə bir qələbə qazanacağına inanmırdılar.
Ancaq fərq etməz. Onlar inansalar da, inanmasalar da nəhəng tarixi reallıq ortadadır. Azərbaycan dövləti və xalqı nur topu kimi parlaq tarixi zəfərə sahibdir. Bunu inkar etmək üçün bu ölkəyə düşmən olmaq lazımdır.
Halbuki, onlardan fərqli olaraq, xarici ölkələrin nüfuzlu hərbi ekspertləri Azərbaycanın qələbəsinin möhtəşəm olduğunu bildirirlər. Dünya dövlətlərinin hərbi strukturlarına örnək göstərirlər.
Məsələn, nüfuzlu rus hərbi ekspert İqor Korotçenko da İkinci Qarabağ savaşı və Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı fikirlərini açıqlayıb:
"Prezident İlham Əliyev müasir dövrün ən nəhəng siyasətçilərindəndir. O, öz xalqına verdiyi vədlərin hamısını yerinə yetirib. Azərbaycanın işğal altında olan ərazilərini azad edib, işğalçılar darmadağın olunub və qovulub".
İqor Korotçenkonun fikrincə, Prezident İlham Əliyevin Şuşa səfəri çox önəmlidir və simvolik xarakter daşıyır:
"O, Şuşaya yalnız prezident kimi deyil, həm də Ali Baş Komandan kimi səfər edib. Çünki Şuşanın alınması 44 günlük savaşın həlledici mərhələsi idi. Məhz bundan sonra Ermənistan ordusunun müqavimət göstərməsinin əhəmiyyəti yox oldu və rəsmi İrəvan kapitulyasiya məcburiyyətində qaldı".
Rus hərbi ekspert hesab edir ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı Azərbaycanın hərbi strategiyasının triumfu və önəmli uğurudur. Çünki Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları bu şəhəri gecə çətin dağ-meşə ərazisini keçərək, küçə döyüşlərində özlərindən sayca üstün olan erməni qüvvələrini darmadağın etməklə alıb. Bu amansız döyüşlərdə erməni qüvvələri mövqelərini buraxıb, qaçmağa məcbur edilib. Müasir standartlara görə böyük önəm daşıyan bu hərbi əməliyyat onun detallarını araşdırmağa borclu olan tarixçiləri gözləyir .
Göründüyü kimi, Azərbaycanın hərbi zəfəri savaş mütəxəssislərində heyranlıq doğurur. Təhlil edirlər, örnək göstərirlər.
Hətta düşmən də Azərbaycanın tarixi zəfərini qəbul etdiyini artıq gizlətmir. Bir çox erməni hələ savaş başlamazdan öncəki dönəmlərdə Azərbaycanın nə vaxtsa qalib gələcəyinə, öz torpaqlarını mütləq işğaldan azad edəcəyinə inanırmış.
Buna əmin olmaq üçün Ermənistan baş naziri Nikol Paşinyanın köməkçisi Nairi Sarqsyanın əsgərlərin valideynləri ilə son görüşü zamanı dediklərinə diqqət etmək kifayətdir:
“Erməni xalqı 30 il ərzində bilirdi ki, Qarabağ Azərbaycan torpağıdır”.
Əslində, baş nazir Nikol Paşinyanın köməkçisi ilə erməni əsgərlərin valideynləri demək olar ki, eyni mövqeyə malikdirlər. Onlar da
“Oğullarımız yalnız Ermənistanın özündə xidmət etməlidirlər. Onların Qarabağda nə işi var? Başa düşməliyik ki, Qarabağ bizim deyil, biz Ermənistan vətəndaşlarıyıq. Bizim Qarabağla heç bir əlaqəmiz yoxdur. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir"
deyirlər.
Baş nazirin köməkçisi ilə görüşdə erməni əsgər valideynləri hakimiyyəti hədələməkdən də çəkinməyiblər. Onlar açıq şəkildə vurğulayıblar ki, əgər kimsə əsgərləri yenidən Qarabağa göndərməyə cəhd eləsə, o zaman onlar özləri övladlarına hərbi xidmətdən qaçmaqda yardım edəcəklər:
"Uşaqları dünyaya ona görə gətirmirik ki, kimsə əlimizdən alıb, ölümə göndərsin”.
Əslində, bütün bunlar ermənilərin reallıqlarla barışmaq üzrə olduğunu göstərir. Onlar artıq bir daha Azərbaycan ilə savaşa girmək imkanlarına sahib olmadıqlarını anlayırlar.
Üstəlik, son vaxtlar bu reallığı cəmiyyətə açıq şəkildə təbliğ də edirlər. Çünki son vaxtlar Ermənistan cəmiyyətində məğlubiyyətlə barışmaq meyilləri güclənməyə başlayıb. Hətta yeni müharibə çağırışları ictimai qılmaqla qarşılanmaqdadır. Bu səbəbdən də, Ermənistan siyasi dairələri artıq öz hədəflərini bu reallığa uyğunlaşdırmağa üstünlük verirlər.
Hətta Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan Azərbaycana qarşı revanşist çağırışların Ermənistan üçün olduqca ziyanlı olduğunu vurğulayıb:
"İndi bəzi ekspertlər, ictimai xadimlər deyirlər ki, guya biz bir neçə ildən sonra daha güclü olacağıq, silahlanacağıq və öz qələbə payımızın ardınca gedəcəyik. Bağışlayın, mən bu fikri reqressiv və ziyanlı hesab edirəm. Və istəyirəm, mənə barmaqla göstərsinlər ki, onlar bunu kimin 18 yaşlı oğlunun hesabına etmək istəyirlər…”
Görünən odur ki, Ermənistanda revanşist mövqe artıq məğlub olmaq üzrədir. Erməni millətçilərinin istehsal etdiyi xəyallar indi bu düşmən ölkənin cəmiyyətində rəğbətlə qarşılanmır. Və bu, erməni cəmiyyətinin parçalanması anlamına gəlir.
Ermənistanda hakimiyyət dəyişikliyinin fəal tərəfdarı, baş nazir postunu ələ keçirtmək üçün yeni müharibə çağırışları ilə diqqəti çəkən Vazgen Manukyan da parçalanma faktorundan məyusluğunu gizlədə bilmir. Ancaq o, bunun səbəbini indiki baş nazirin günahlarında axtarır. V.Manukyan hesab edir ki, N.Paşinyan hakimiyyətə gələrək, cəmiyyəti parçaladı, indikilər və əvvəlkilərə böldü.
Halbuki, baş nazir postu üçün dəridən-qabıqdan çıxan V.Manukyan da çox gözəl anlayırlar ki, erməni cəmiyyətinin parçalanmasının əsas səbəbi məhz Ermənistanın Azərbaycan qarşısındakı biabırçı məğlubiyyətidir. Bu məğlubiyyət Ermənistanda yeni reallıqlar yaradıb. Ermənistan cəmiyyəti ölkənin çökdüyünü və yeni savaş şansının olmadığını anlayıb. Belə bir savaşın Ermənistan üçün daha böyük fəlakətlərə yol aça biləcəyindən əmin olub.
Təbii ki, bu reallıq Ermənistanın siyasət məkanını da yenidən dizayn etməyə başlayıb. Belə ki, bundan sonra xarici düşmən faktoru - Azərbaycan qarşısı mübarizə manipulyasiyaları ilə hakimiyyətə gəlmək çətinləşib. Yəni, erməni cəmiyyəti yeni torpaqlar vəd edənlərə deyil, məhz daha yaxşı həyat şəraiti vəd edənlərə maraq göstərməyə başlayıb.
Cəmisi bir neçə həftə əvvəl Azərbaycan qarşı yeni müharibə vəd edən, yaz aylarında Ermənistanı hərbi qələbəyə aparacağını sayıqlayan V.Manukyanın da avazı indi dəyişib:
"Ermənistanın Azərbaycanla müharibəyə ethiyacı olduğunu düşünmürəm. Ona görə də indi intiqam almaq, döyüşmək haqda düşünməyin mənası yoxdur. Müharibəyə başlamaq bizim üçün maraqlı deyil. Biz ağır vəziyyətdəyik".
Bütün bunlar onu göstərir ki, Ermənistan bundan sonra Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın geopolitik prioritetlərinə uyğun mövqe tutmaq məcburiyyətində qalan ölkəyə çevriləcək. Bu ölkədə hakimiyyət dəyişikliyində rəsmi Bakının siyasi iradəsi, Azərbaycanın atacağı geosiyasi addımlar həlledici rol oynaya bilər.
Yəni N.Paşinyan hakimiyyətdən nə vaxt gedəcəyi, onun yerinə kimin gələcəyi artıq Ermənistanda qərar veriləcək məsələlər sırasında deyil. Bu barədə qərar verə biləcək paytaxtları sırasında artıq Bakı da yer alır.
Böyük ehtimalla rəsmi Bakı Paşinyan hakimiyyətinin gələcək taleyi ilə bağlı konkret geopolitik maraqlara bağlı qərara artıq malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarına diqqət etdikdə rəsmi Bakının bu barədə qərarının bəzi şifrələrini çözmək üçün ipucları tapmaq mümkündür.
Hələlik belə görünür ki, rəsmi Bakı baş nazir Nikol Paşinyanın bir müddət də hakimiyyətdə qalmasında maraqlıdır. Və bu, Ermənistanın Azərbaycandan asılı vəziyyətə düşməkdə olduğunu göstərir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Oxşar Xəbərlər
Paşinyanı kim idarə edir?
ORDUMUZ VURUR, DİPLOMATİYAMIZ İRƏLİLƏYİR!
Paşinyanın savaş hazırlığı
Siyasi səhnədə dəyişikliklər başlayıb
Xəbər lenti
Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Xına mərasimində DƏHŞƏT -
yaralılar var
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Bazarda alça və gilas görün neçəyə satılır -
Qiymətlər...
BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
Bu bürclər bir-biri ilə evlənməməlidir
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
DİM məlumat yaydı
Oman Hörmüzlə bağlı təcili xəbərdarlıq yaydı
İranla sərhəddə əməliyyat -
DSX MƏLUMAT YAYDI
Manatla bağlı
MÜHÜM XƏBƏR
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Neft bazarında kəskin eniş:
Bakı neftinin qiyməti belə dəyişdi
Rusiya Ermənistandan tərəvəz, pomidor idxalını da dayandırdı
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
SON DƏQİQƏ: Prezidentdən Asəf Hacıyevlə bağlı
SƏRƏNCAM
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri ŞOKA SALAN QƏRAR
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir
İranda yeniyetmə bütün ailəsini qətlə yetirdi -
DƏHŞƏT
Kərə yağı ilə bağlı qərar verildi
İyun ayının ən uğurlu günləri açıqlandı —
Bu tarixlərə diqqət!
Neft bazarında kəskin dönüş:
Qiymətlər bir anda DƏYİŞDİ
Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ...
İranlılar vicdanla danışıq aparırlar -
Vens
Hava kəskin dəyişir -
XƏBƏRDARLIQ
Azərbaycanlıların sevimli göyərtisinin xərçəngdən qoruduğu üzə çıxdı
Yumurtanı saniyədə qabığını soymağın ən asan yolu:
Qaynar suya yarım çay qaşığı...
Temuya ağır zərbə – təhlükəli maddələr satırmış
Qarşıdakı 5 illə bağlı alimlərdən
XƏBƏRDARLIQ
Azərbaycanda məktəblər gözləniləndən tez bağlanacaq –
Tarix açıqlandı
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə GÖRÜŞDÜ - FOTO
Rəvan Qarayev 3-cü dəfə evləndi
Anasını və qardaşını öldürüb qohumlarından pul yığdı
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu bürclər bir-biri ilə evlənməməlidir
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir