Bakıda partlayan restoranın sahibi kimdir? FOTO

Bakının mərkəzində, gecə saatlarında partlayan "Gourmet" Restoranın kimə məxsus olması ilə bağlı bir neçə iddia səsləndirilib.

Musavat.com əldə etdiyi məlumatlarda restoran sahibinin Elşən Səfərsoy olduğu bildirilib.

Bununla yanaşı, Bakıda fəaliyyət göstərən "Theplacebaku"da həmin şəxsə aid olduğu qeyd edilir. İlkin məlumatlarda partlayan restoranın sahibi bloqqer kimi fəaliyyət göstərən Rəsul Rəsulov göstərilirdi. Lakin blogerin həmin restoranda PR menecer kimi fəaliyyət göstərdiyi məlum olub.

Qeyd edək ki, "Gourmet" Restoranı 10 gün olar ki, fəaliyyətinə başlamışdı.
GHGH.JPG (25 KB)


Oxşar Xəbərlər

Xəbər lenti