Putin özünə yeni köməkçilər təyin etdi

Putin özünə yeni köməkçilər təyin etdi

 

Rusiyanın sabiq İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Rusiya Mədəniyyət naziri işləmiş Vladimir Medenski Rusiya Federasiyası Prezidenti Vladimir Putinin köməkçiləri təyin olunublar.


RBK xəbər verir ki, V.Putinin bu barədə imzaladığı fərman dövlətin rəsmi "pravo.gov.ru” saytında dərc olunub.

Baş nazirin müavini olmuş Dmitri Kozak isə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Qeyri-rəsmi mənbələrin yaydığı xəbərə görə, M.Oreşkin V.Putinin iqtisadi məsələlər üzrə köməkçisi olacaq.


Oxşar Xəbərlər

Xəbər lenti