Ərdoğan ABŞ-ın apardığı siyasətdən məyus olduğunu bildirib

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin apardığı siyasətdən məyus olduğunu bildirib.

Bu barədə o, Amerikanın CBS telekanalına müsahibəsində deyib.

Ərdoğan Suriyadakı münaqişənin həlli üçün əsas problemi ABŞ administrasiyasının yanaşmasında görür. Onun sözlərinə görə, Suriyada müharibə Türkiyə sərhədində böyük təhlükələr yaradıb, milyonlarla qaçqının axınına səbəb olub.

Türkiyə prezidenti müsahibə zamanı həmçinin Fəthullah Gülənin Türkiyəyə hələ də ekstradisiya edilmədiyinə görə ABŞ-ı tənqid edib.

Qeyd edək ki, Türkiyə lideri CBS telekanalının "60 dəqiqə”  proqramına müsahibə verib.



Oxşar Xəbərlər

Xəbər lenti