Şanlı və müqəddəs tarixin başlanğıc günü

27 sentyabr! Şanlı və müqəddəs tarixin başlanğıc günü! Bu elə bir gün, elə bir tarixdir ki, ölkəmizin tarix səlnaməsinəqızıl hərflərlə daxil olmuşdur. Minlərlə şəhid və qazilərimiz öz qanları ilə bu şanlı tarixi Vətən tariximizə əbədi olaraq yazmışdır. 
XIX əsrin əvvəllərindən başlayaraq mərhələlərlə çar hökuməti erməniləri İrandan və Osmanlıdan Azərbaycana kütləvi köçürməyə başladı. Əsasən Naxçıvan,İrəvan,Qarabağvə Borçalıya köçürülən ermənilər illər keçdikcə torpağın əsl sahiblərini sıxışdırmağa və yerli əhaliyə qarşı qırğınlara başladılar.1905-1906-cı illərdə,1918-1920-ci illərdə və 1990-cı illərdə törədilən qırğınlar bu qəbildəndir. Üstəlik 1948-1953-cü illərdə,1988-1991-ci illərdə yerli əhalinin Qərbi Azərbaycandan zorla çıxarılması xalqımıza qarşı terror və soyqırım siyasətinin bariz nümunələrindəndir.100 minlərlə əhalinin öz dədə-baba yurdundan didərgin salınması və üstəlik kənd və qəsəbə adlarının dəyişdirilməsi tarixi saxtalaşdırmaq cəhdindən başqa birşey deyildi. 1990-cı illərdə I Qarabağ savaşında həm insan,həmdə ərazi itkisi yaşadıq. Vaxt qazanmaq üçün Ümummillilider Heydər Əliyev atəşkəs sazişi imzaladı.1994-cü ildən bu yana həm iqtisadi, həm siyasi ,həmdə hərbi sahədə ciddi uğurlar əldə edildi. Məhz 44 günlük savaşda qələbəmizin təməlləri həmin ildən atıldı.Ordu quruculuğuna ciddi önəm verildi. Türkiyə ilə saysız-hesabsız təlimlər keçirildi. Yüksəkkeyfiyyətli silahlar alındı. Ordumuzun gücü öncə 2016-cı ildə Aprel döyüşlərində, sonra Tovuz döyüşlərində nümayiş edildi. 
1993-cü ildə BMT tərəfindən işğal edilmiş ərazilərimizləbağlı qəbul edilmiş 4 qətnamənin illərlə yerinə yetirilməməsiölkəmizə qarşı ayrı-seçkilikdən başqa birşey deyildi. Üstəlikermənilərin Qarabağda qondarma dövlət qurması, abidələri və təbiəti məhv etməsi BMT və ATƏT tərəfindən səssizcə qarşılanırdı. 2019-cu ildə Paşinyanın Qarabağla bağlı çıxışı və 2020-ci ildə onun Şuşadakı provokativ çıxışları müharibənin qaçınılmaz olduğunu göstərirdi. 2020-ci ilin iyulunda Tovuz döyüşlərində generalımız Polad Həşimovun da şəhid edilməsi xalqımızın səbr kasasını doldurmuşdu. 27 sentyabr səhər saat 6 da düşmənin atəşkəsi pozması müharibənin başlaması ilə nəticələndi. Dəmir Yumruq əməliyyatı başlandı. Əməliyyat 44 gün davam etdi. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan,25 oktyabrda Qubadlı, 8 noyabrda isə Şuşa azad edildi. Ümumən 300-ə qədər yaşayış məskəni azad edildi. 10 noyabrda Üçtərəfli Bəyanat imzalandı. Müharibədəkiqələbəmiz siyasi-diplomatik qələbəni də gətirdi. 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 01 dekabrda isə Laçın qaytarıldı. 02 dekabrda isə Prezidentin sərəncamı ilə 27 sentyabr Anım Günü elan edildi. Müharibə dövrü və ondan sonrakı əməliyyatlarda 3000 dən çox şəhidimiz və yüzlərlə qazimiz oldu.Təkcə mina terrorunda 300 nəfərdən çox vətəndaşımız həyatını itirdi. Elə müharibə dövründə 93 dinc sakin qətlə yetirildi ki, onların içində qadın və uşaqlar da var idi. Anım günü ilə bağlı çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdi: “Mən dəfələrlə Ermənistana xəbərdarlıq etmişdim ki, bizim səbrimiz tükənməz deyil...Biz döyüş meydanında qələbə qazanmışıq. Düşməni məhv etmişik. Zabit və əagərlərimiz hesabına, onların qanı və canı hesabına...Allah həm Birinci Qarabağ,həmdə II Qarabağ müharibəsində həlak olan şəhidlərimizə rəhmət etsin,qazilərimizə şəfa versin. Onlar tezliklə normal həyata qayıda bilsin. Dövlətimiz bütün imkanları ilə onlara hərcür dəstək verir və verəcək”. Müharibə dövründə xalq-dövlət-ordu birliyi ən yüksək səviyyədə idi. Prezident informasiya müharibəsində qələbəmizi təmin edirdi. Onun müxtəlif dillərdə Azərbaycan həqiqətlərini dünyaya çatdırması informasiya savaşında üstünlüyümüzü şərtləndirirdi.

Müharibə bitsədə, sakit dayanmayan ermənilər Qarabağa silah daşıyır, təxribatlar törədirdi. 10 noyabr razılaşmasına əməl etmək istəməyən ermənilər tez-tez mina terroruna əl atırdılar. 2023-cü il 19 sentyabrda mülki və polis əməkdaşlarının mina terrorunda şəhid edilməsi Antiterrorəməliyyatı üçün başlanğıc oldu. Cəmi 1 sutka davam edən döyüşlərdə düşmən tamamilə məhv edildi,  bayraq qaldırdı.Xocalı, Ağdərə, Xankəndi, Xocavənd azad edildi. ÖlkəmizinQarabağda suverenliyi tam bərqərar edildi.15 oktyabrda Ali Baş Komandan İlham Əliyev həmin şəhərlərdə bayrağımızı ucaltdı. Xocalı yaramıza az da olsa su səpildi. Allahşəhidlərimizə rəhmət etsin, qazilərimizə tezliklə şəfa versin.Şəhid ailələrinə səbr diləyir və qarşılarında baş əyirəm! 
Bugün azad Qarabağa həyat qayıdır.Geniş quruculuq işləri həyata keçirilir. Artıq minlərlə ailələr öz doğma torpağına qayıdıb. Şəhərlər, kəndlər salınır və yeni iş yerləri açılır.Tarixiabidələr bərpa edilir.Xankəndində universitetin fəaliyyətə başlaması isə böyük hadisədir. İşlərə birbaşa cənab prezident İlham Əliyevin nəzarət etməsi məsuliyyəti daha da artırır.Onun da dediyi kimi, biz bu torpaqlara əbədi qayıtmışıq!

Vüsal Babayev
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti