8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dünyanın idarəçiliyində "barmağı” olan,öz planlarını mərhələli şəkildə həyata keçirmək üçün milyonların məhvi barədə anaonslar verən Bill Qeytsin növbəti açıqlaması da sətiraltı fəlakət proqnozları verir.Onun bu dəfəki açıqlaması əslində dünyanın bundan sonra əvvəlki kimi olmaycağı, hazırkı pandemiyanın gələcək fəlakətlərə hazırlıq məşqi olması kimi başa düşülə bilər.Başqa sözlə bəşəriyyət bir qrupun əlində oyuncağa çevrilə bilər.Bill Qeytslərin öz planı var, yaradıcının da öz planları.
Bizimyol.info Bill Qeytsin müsahibəsinin qısa məzmununu təqdim edir:
"Biz yeni elmi inqilabların astanasındayıq. Koronavirus pandemiyası tibb sahəsində 3 böyük açılışı sürətləndirəcək. Avropa, Şərqi Asiya və Şimali Amerika ölkələrinin çoxunda pandemiyanın pik həddi bu ayın sonuna kimi baş verəcək. Lakin sevinmək lazım deyil, bir neçə həftə sonra dünya yenə əvvəlki ritminə qayıtmayacaq. Mən əminəm ki, dünya əhalisinin böyük hissəsi vaksinləndikdən sonra pandemiyaya qalib gələcəyik. Vaksin hazırlanmayana qədər həyat normala dönməyəcək. Hətta dövlətlər karantini ləğv edib, insanları normal həyata qaytarmaq istəsələr də, insanlar qorxu içində qalacaqlar. Hava limanları əvvəlki kimi dolub daşmayacaq, idman tədbilrəli boş meydanlarda keçiriləcək, dünya iqtisadiyyatı tələb azaldığına görə böyük depressiya keçirəcək.
İnkişaf etmiş ölkələrdə pandemiya zəifləsə də inkişaf etməkdə olan ölkələrdə start götürüb. Bu ölkələrdə vəziyyət daha ağır olacaq. Gələn il də bu il olduğu kimi planetin həyatında ən vacib insanar həkimlər olacaq. Xoşbəxtlikdən onlar vaksinologiya sahəsində xeyli uğurlara nail olublar. Yeni növ virusa qarşı yeni növ vaksin hazırlanacaq. Onun hazırlanma sürəti indikilərdən qat-qat çox olacaq, 2021-ci ildə bütün dünyada bu vaksin istehsal olunacaq. Bu tarixi nailiyyət hesab oluna bilər.
Vaksindən başqa dünya tibb elmi diaqnostika və antivirus preparatlarının hazırlnaması üzərində də elmi yeniliklərə imza atacaq. Yəni xəstəliklərin diaqnozu üçün testlərə evdə də baxmaq olacaq.
Pandemiyadan sonra bütün dünya ölkələrinin liderləri yeni növ pandemiyalara qarşı mübarizə aparmaq üçün birləşib bir təşkilat yaradacaqlar.Dünya həmçinin bioterrordan müdafiə sistemi işləyib hazırlayacaq.
Ümid edirəm, varlı ölkələr kasıb ölkələri gələcək epidemiyalarla mübarizə naminə öz proqramlarına daxil edəcəklər.Hətta özünü izolyasiya etmiş dövlətlər də bu proqrama qoşulmalı olacaqlar.Pandemiya göstərdi k, virus sərhəd tanımır və planetin insanları bioloji olaraq bir- birlərinə bağlıdırlar. Kasıb ölkədə pandemiya başlasa, bunun hamıya dəxli olacaq və qarşısının alınması üçün hamı gücünü birləşdirmək məcburiyyətindədir.Həyatda qaçılmaz heç nə yoxdur. İnsanlar bilmirlər ki, onların hansı seçimi ən doğru qərardır. Pandemiyadan sonrakı illər müharibədən sonrakı illəri xatırladacaq.O zaman İngiltərənin baş naziri Çörçill belə demişdi.” Bu hələ son deyil.Bu hətta sonun başlanğıcı da deyil,, lakin ola bilər ki, bu başlanğıcın sonu olsun”.
İlhamə Rəsulova