8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Misir Ərəb Respublikasında fəaliyyət göstərən "Vətənpərvər” Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin ən mötəbər universitetlərindən biri olan Ayn Şəms Universiteti ədəbiyyat fakültəsinin dekanı professor, xanım Suzan EL Kallini ilə görüşüb. Görüşdə ölkələrimiz arasında tarixi, mədəni və siyasi əlaqələrdən söhbət açılmışdır. S.Nəsirov xalqlarımız arasında əlaqələrinin inkişafında Azərbaycan dilinin tədrisinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bildirərək, Azərbaycan dilinin tədrisinə verdiyi dəstəyə görə xanım Suzanaya öz təşəkkürünü bildirərək, tələbələrə dəstək olmağa hazır olduğunu qeyd etmişdir.Professor Suzan El Kalli Azərbaycanın Misirlə dost və qardaş ölkə olduğunu bildirərək hər zaman Azərbaycan dilinin tədrisinə diqqət göstərdiyini bildirərək, hər bir dilin xalqlar arasında əlaqələrin inkişafında misilsiz rol oynadığını qeyd etmişdir. 2018-ci ildə ədəbiyyat fakültəsi tərəfindən təşkil edilmiş beynəlxalq konfransa, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidovu şəxsən dəvət etdiyini bildirmişdir. Görüşün ən əsas mövzüzülarından biri Ədəbiyyat fakültəsində Azərbaycan dili şöbəsinin açılması ilə bağlı olub. Xanım dekan Azərbaycan dili şöbəsinin açılması fikrinə müsbət yanaşaraq və onun xalqlarımız arasında əlaqələrin inkişafında böyüyük tövhələr verəcəyini qeyd edib.Sonra Ayn Şəms Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında memurandumun imzalanması ilə bağlı müzakirələr aparılıb. Görüşdə iştirak edən dekan müaveni professor Tarek M.Muhammad ərəb dilini öyrənmək istəyən azərbaycanlılara hər dəstəyi verməyə hazır olduğunu qeyd etmişdir. Görüşün sonunda xanım Suzan ədəbiyyat fakültəsində Azərbaycan dilini öyrənən tələbələr üçün diaspora mərkəzində təşkil olunan yuksək səviyyəli ödənişsiz kurslara görə diaspora sədrinə təşəkkür etmişdir. Onuda qeyd etmək lazımdır ki, hazırda Qahirədə fəaliyyət göstərən "Vətənpərvər” Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyində 19 ölkədən 230-dan çox tələbəyə Azərbaycan dili əsas olmaqla, müxtəlif fənlər ödənişsiz tədris olunur. Onlar arasında Ayn Şəms Universitetinin Ədəbiyyat Fakültəsinin tələbələri də vardır.
A.Məmmədli,
"Yeni Sözcü”qəzeti