Putin yalnız Rusiyanın malik olduğu yeni silah barədə danışdı

 

"Hazırladığımız yeni qitələrarası raketlə dünyanın istənilən nöqtəsini vura biləcəyik”. Rusiya KİV-ləri xəbər verirlər ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Şura üzvlərinə illik müraciətində deyib.

Toplantıda Raket Əleyhinə Müdafiə Sistemindən yayına biləcək, hüdudsuz uçuş imkanı olan nüvə enerjisi quraşdırlmış qanadlı raketlərin videosu nümayiş etdirilib.

"Bu bir fantastikadır. Rusiyadan başqa heç bir dövlətdə belə silah yoxdur. Bunu biz "Avanqard” adlandırmışıq. Dünya Suriya əməliyyatından sonra bütün əhəmiyyətli silah sistemlərimizin adını öyrəndi”, -deyə o, vurğulayıb.

V.Putin Rusiyanın səsdən iti silaha malik olduğunu qeyd edərək, lazer silah üzərində işlərin davam etdiyini də bildirib.

Qeyd edək ki, bir müddət əvvəl rusiyalı rəsmilərdən biri Suriyadakı müharibədə Rusiyanın ən azı 200 yeni silahını sınaqdan çıxardığını bildirmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}