8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"İlhamə rəhmətə gedən günü Orxanı yanıma çəkdim və dedim ki, şəhərin mərkəzində olan evin birini və maşını sənə verək, geri çəkil. O razı olmadı və məhkəmələrə üz tutdu. Mən kiməm ki? İlhamənin vərəsəlik hüququ olan 6 nəfərdən biriyəm. İlhamənin sağlığında Orxan onunla bir evdə yaşamırdı. Orxan sadəcə, onun yanında efirlərdə görsənə bilərdi. Bunlar 2 ildir ki, məhkəmələri gəzirlər. Belə biabırçılıq olar? İndi İlhamənin evini talan eləyiblər. Nə zaman istəsəniz, gəlin çəkin. Evində olan bütün mebellər, royalı, saatı, qızılı, geyimləri və digər şeyləri hamısı yoxa çıxıb. İndi orda heç bir dənə başmaq belə tapmaq olmaz. Bütün bunlar öz-özünə yoxa çıxmayıb ki... Orada Orxan 2 il idi ki, yaşayırdı. Evin kommunal xərclərini isə biz ödəyirdik. Evə oğru girməyib ki? Yox. Mühafizəçisi olan binadır. Daha mənim adımı heç kim çəkməsin”. Qeyd edək ki, Orxan hazırda həbsxanadadır.