"Gədəbəydə baş verənlər məmur özbaşınalığıdır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ


"Belə polislərin sistemdə olması qəbuledilməzdir, İnanıram ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi gərəkən addımlar atacaq"

"Bu vəhşiliyi edən polis adına ləkədir. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov polis sistemində çox ciddi müsbət dəyişikliklər edib. Belə bir polislərin sistemdə olması qəbuledilməzdir"Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib. 

Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, Gədəbəydə baş verənlər məmur özbaşınalığıdır və polisdən dinc əhaliyə qarşı istifadə etmək yerli rayon rəhbərliyinin özbaşınalığıdır: "Qətiyyətlə pisləyirəm. İnanıram ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi gərəkən addımlar atacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az




Oxşar Xəbərlər

Xəbər lenti