Klubuna xəyanət etməyən, futboldan küsdürülən, gözü önündə baş kəsilən Anatoli Banişevski

 

Bu gün Azərbaycanın futbol tarixində silinməz izlər qoyan SSRİ-nin əməkdar idman ustası, illərlə "Neftçi” klubunun uğurları üçün çalışmış Anatoli Banişevskinin anadan olmasından 72 il ötür.

Minval.info "Azərbaycanın Pelesi” sayılan, braziliyalıların "qızıl baş” adı ilə xatırladığı əfsanəvi futbolçu haqqında bəzi məlumatları təqdim edir.

"Banya” ləqəbi ilə tanınan Ukrayna əsilli azərbaycanlı futbolçu Banişevski 23 fevral 1946-ci ildə Bakıda anadan olub. Əksər bakılı oğlan uşaqları kimi, o da nəfəsi kəsilənədək top oynamağın dəlisi idi.

Dar məhəllədə, küçələrdə top qovan Anatolinin qardaşı onu "Lokomotiv” cəmiyyətinin idman məktəbinə yazdırıb. Anatolinin 3 qol vurduğu Azərbaycan SSR birinciliyinin final oyununda "Neftçi”nin baş məşqçisi Boris Arkadyev də Antoninin istedadının şahidi olub.

Oyundan sonra paltardəyişmə otağına gələn baş məşqçinin "Mənə məhz sən lazımsan."Neftçi”də oynayacaqsan” sözləri ilə Anatolinin peşəkar futbol karyerası başlanıb.

İlk komandasına sadiq qalan Banişevski heç vaxt digər bir klubda top ardınca qaçmayıb. O, peşəkar karyerası ərzində –  1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçinin” ağ-qara formasını geyinib.

Vurduğu qollar Bakı nefti qədər dəyərli olub

İlgili resim

Banişevski qısa müddət ərzində Sovet İttifaqında özündən bəhs etdirməyə başlayıb. Artıq onu SSRİ paytaxtı Moskvanın klubları öz heyətlərində görmək istəyirdilər. Gənc hücumçu isə doğma Bakını heç yerə dəyişmək istəmirdi.

Tezliklə gənc Anatoli SSRİ yığmasında forma geyinməyə başladı. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında Banişevski artıq təkcə SSRİ-də yox, bütün dünyada tanınmış futbolçuya çevrilmişdi. Dünya Çempionatının bürünc medalını qazanan Banişevskiyə təltifetmə mərasimi zamanı Böyük Britaniya kraliçası II Yelizaveta şəxsən bu sözləri demişdi: "Bakı nefti SSRİ üçün necə əhəmiyyət kəsb edirsə, sizin vurduğunuz qollar yığmanız üçün bir o qədər əhəmiyyətlidir”.

Həmin mundialın vida ziyafəti zamanı ingilis klublarından birinin rəhbəri Anatoliyə kifayət qədər böyük məbləğin qarşılığında iki illik müqavilə imzalamağı təklif edib. Banişevskinin heç bir cavab verməməsi klub rəhbərinin xoşuna gəlməyib. Yığmanın bu uğurundan sonra bir çox futbolçulara "əməkdar idman ustası” adı, Banişevskiyə isə "beynəlxalq dərəcəli idman ustası” adı verilib.

SSRİ onu günahlandırdı

Anatoli Banişevski ile ilgili görsel sonucu

1972-ci ildə Almaniyada keçirilən Avropa birinciliyində finalda  AFR-a 3:0 hesabı ilə məğlub olan SSRİ yığması ikinci yerə çıxıb. Təbii ki, SSRİ-nin almanlara məğlub olması bağışlanılmaz idi və buna görə kimlərsə cavab verməli idi. Moskvaya qayıdandan sonra Banişevski və bir neçə futbolçu cəzalandırılıb. Onları bütün fəxri adlardan məhrum ediblər. Bu hadisə "Banya”ya çox pis təsir edib və futboldan küsüb.

Möhtəşəm qayıdış – 100-cü qol

Yaşıl meydanlardan uzaq qalan futbolçu bir il sonra yenidən futbola qayıdıb. 1978-ci ildə "Dnepr”ə qarşı oyunda (4:2) Anatoli Banişevski SSRİ çempionatında 99-cu və 100-cü qolunu vurub.

Məşqçi kimi fəaliyyəti

Anatoli Banişevski ile ilgili görsel sonucu

A.Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə sadiq olduğu klub "Neftçi” ilə başlayıb. Moskvada Ali Məşqçilər məktəbini də bitirən "Banya” maddi vəziyyətini nizama salmaq üçün bir-iki il xaricdə çalışmağı azrulayırdı.

Nəhayət, 1987-ci ilin mayında istəyinə nail olub. Xanımı İnna ilə Afrikaya – Burkina – Fasoya yola düşüblər. Qısa zamanda dillərini bilməyə-bilməyə oyunçularla dil tapıb, yaxşı komanda formalaşdırmağa nail olub. Gedəndə azı 2 -3 il işləmək barədə düşünsə də, ancaq həmin ölkədə baş verən siyasi proseslər üzündən Afrikanı erkən tərk etməli olub. Onun gözünün qabağında ölkə prezidentinin başını kəsiblər. Bu hadisə onun sağlamlığına ciddi təsir edib. Banişevski şəkər xəstəliyə məhz "Qara qitə”də tutulub.

1988-ci ildə xəstəliyi daha da kəskinləşən Banişevskinin xəstəlikdən dişləri belə tökülmüşdü. 1996-cı ildə onu "Şöhrət” ordeni ilə təltif edilməsi barədə fərman imzalanıb. Ordenin təqdimetmə mərasimini böyük həvəslə gözləsə də, sonda orden onun qızına təqdim edilib. Çünki Banişevski artıq həyatda yox idi…

İlgili resim

Uzun illər "Neftçi” komandasının şərəfini qorumuş Yaşar Babayevin dediyinə görə, Azərbaycanın əfsanəsi onun əllərində keçinib: "Səhərəcən çarpayısının başında oldum. Dekabrın 8-i gecəsi idi. Ürəyimdə Allaha yalvarırdım ki, ilahi, onsuz da gedir, barı macal ver, bir neçə saat artıq yaşasın, ayın 9-na çatsın. Həmişə 9 nömrə olmuşdu, Allahdan arzulayırdım ki, heç olmazsa ölümü də ayın 9-na düşsün. Dekabrın 9-da səhər çağı ürəyi dayandı”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}