“5 ildir məhkəmələrdə sürünürəm”
– Mərhum şairin ailəsində EV QALMAQALI
Dünən imtahana qatıla bilməyənlərə əlavə imtahan təşkil olunacaq?
- DİM-dən açıqlama
Deputat oğlunun şirkəti son 25 gündə 66,4 milyon manatlıq 3 tenderin qalibi oldu
ABŞ-da məhkəmə qərarları Respublikaçıların ümidlərini artırıb
Gürcüstanın yeni patriarxı seçildi
Səkkiz nəfər öldü -
Nazirlikdən açıqlama
“İlham Əliyev özü də mənimlə birgə kövrəldi” -
Şəhid atası
"TikTok"da canlı açıb söyüş söyən 3 dost HƏBS OLUNDU
Kinematoqrafçılar İttifaqının yeni sədri onlardan biri olacaq
“Düşünürəm ki, sağdır, hansısa bunkerdədir”
Vüsal Əliyev həmin VİDEOya görə ÜZR İSTƏDİ
Yaponiya yeni kəşfiyyat qanununu qəbul edib
-Səksən illik parçalanmış struktura son qoyulur
Əvvəlki
Sonrakı
Prezident qonaqlarını qarşıladı
Bu gün, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI
- Pakistanın müraciətini nəzərə alıb...
22-04-2026, 13:21
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İKİ DEPUTATIN BİR MƏSƏLƏYƏ FƏRQLİ BAXIŞI: BİRİ SƏMİMİ, BİRİ SAXTA! – “15 qəpiklə heç kim kasıblamaz”, yoxsa “bahalaşma bütün sahələrə təsir edəcək”?
"Şanlı Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğu qədər milyardlarımız yoxdur. Nəzərə almaq lazımdır ki, 15 qəpiklə heç kim kasıblamaz, amma dövlətin digər xərclərini ödəmək mümkündür".
Artıq deputat Eldar Quliyevin benzinin bahalaşmasına haqq qazandırmağa yönələn bu fikri sosial şəbəkələrdə və mətbuatda ən populyar “tezisə” çevrilib və adama sağdan, soldan deyilməyən söz, irad, tənqid qalmayıb.
Xatrladaq ki, 5 dəfə(!) deputat olan E.Quliyev həm də
Azərbaycan Kooperasiya Universitetinin
rektoru, iqtisad elmləri doktoru, professordur. Lakin bir iqtisadiyyat professorunun yanacaq növlərinin bahalaşmasına “15 qəpiklə heç kim kasıblamaz” kimi primitiv, elmdən, reallıqdan, iqtisadiyyat anlayışından uzaq yanaşması istər-istəməz müəyyən şübhələrə yol açır.
Ya 70 yaşlı deputatın yaddaş, psixika, qavrama və s. psixoloji məqamlarla bağlı sağlıq problemi var, ya da bu cür açıqlama ilə bilərəkdən, qəsdən əhalidə qıcıq yaratmaq, insanların bu bahalaşmaya daha aqressiv formada diqqət yetirməsinə, reaksiya verməsinə nail olmaq məqsədi güdülür.
Çünki nəinki iqtisad elmləri doktoru, professor, hətta bazarda xırda ticarətlə məşğul olan, yaxud iqtisadiyyat elmindən uzaqdan-yaxından xəbəri belə olmayan sıravi vətəndaş da gözəl bilir ki, istənilən bahalaşma zəncirvari reaksiya doğurur, xüsusilə də bu, yanacaq kimi strateji əhəmiyyət daşıyan məhsullara aid olduqda.
Yanacaqdakı 15 qəpiklik artımın özünü ərzaqda və digər məhsullarda 25, 35 , 45 və s. qəpik artımla göstərəcəyini bilmək üçün xüsusi iqtisadi biliklərə malik olmaq lazım deyil, elə ötən illərin təcrübəsinə baxmaq kifayətdir. Təbii ki, E.Quliyev üçün nəinki 15 qəpiyin, heç 150 minin heç bir dəyəri yoxdur, amma elə onun özünün deputat olduğu dairədə gündəlik çörək puluna möhtac olan bəlkə də yüzlərlə ailə var...
Belə bir arqument gətirilir ki, Aİ-95 və Aİ-98 markalı benzindən əsasən nisbətən orta və imkanlı təbəqə istifadə edir. Ancaq bu iddia kifayət qədər qüsurludur. Çünki müasir avtomobillərin böyük hissəsi məhz bu markalardan, Azərbaycanda isə xüsusilə Aİ-95-dən istifadə olunmasını tələb edir. Lakin heç kim iddia edə bilməz ki, belə maşınların sahibləri hamılıqla imkanlı adamlardır. Onların arasında həmin avtomobilləri kreditlə alanlar və ümumiyyətlə nəinki varlı, heç orta təbəqəyə də aid edilməyəcək şəxslər var.
Digər yandan Azərbaycan bazarının iştirakçıları, inhisarçılar da daxil olmaqla, onsuz da möhtəkirliyə meyllidirlər və qiymət artırmağa bəhanə axtarırlar. Ona görə də xüsusilə dövlət, hökumət səviyyəsində elan olunan istənilən qiymət artımı dərhal özünü bazarda göstərir. Və E.Quliyev də daxil olmaqla, istənilən iqtisadçı gözəl bilir ki, bu məsələdə iqtisadi amillərlə yanaşı, psixoloji məqam da böyük rol oynayır və məhz bu məqam bütün pozisiyalar üzrə bahalaşmaya təkan verir.
Odur ki, E.Quliyev bütün bunları bilməyəcək, anlamayacaq dərəcədə savadsız və hansı mövzu olur-olsun, nə yolla olur-olsun hakimiyyətə yarınacaq qədər məddah ola bilməz. Deməli, hökumətə göstərilən bu “ayı xidməti” təsadüfi deyil və bunun hansısa qaranlıq niyyətlərə xidmət etdiyini də istisna etmək olmaz...
“Siz buna təkcə benzinin bahalaşması kimi baxmayın, bu, ərzaqdan tutmuş qeyri-ərzaqa qədər bütün sahələrə təsir edəcək. İnsanların həyat şəraitinə mənfi təsir göstərəcək. Məsələ çox ciddidir. Bu gün mağazadan 5 manata aldığın məhsul gələn həftə 5 manatdan baha olur. Bahalaşma sürətlə gedir, insanların vəziyyəti pisdir. Neft qiymətləri yüksəkdir, Azərbaycana daxil olan valyutanın həcmi kifayət qədərdir, pul dövriyyəsində çətinliyimiz yoxdur, manatın məzənnəsi stabildir. Bu bahalaşmaya nə ehtiyac vardı?! Hər dəfə də izah edirlər ki, Azərbaycanda istehsal edilmədiyi, xaricdən idxal olunduğu üçün qiymətlər artırılır. Neçə illərdir eyni şablon açıqlama verilir. Azərbaycan neft ölkəsidir. İdxal baha başa gəlirsə, zavod tik, öz ölkəndə istehsal et. Ölkədə ən çox işlənən “Aİ-92” və “Aİ-95” markalı benzinlərdir. Niyə bu vaxta qədər zavod tikib bu benzini özümüz istehsal etmirik ki, qiymətlər də belə yüksək olmasın?!
Məntiqlə neft bahalaşır deyə xaricdən idxal ediləni bahalaşdırırlarsa, daxildə istehsal edilən “Aİ-92” markalı benzini də ucuzlaşdırmalıdırlar. Amma bizdə qiymətin aşağı salınması görünməmiş şeydir...” Bunu isə digər deputat
– Vahid Əhmədov deyir.
O da E.Quliyev kimi elmlər doktorudur, iqtisadçıdır, bir müddət Baş nazirin birinci müavini də daxil olmaqla, yüksək vəzifələrdə çalışıb, ölkə iqtisadiyyatını da ən azı E.Quliyevdən az bilmir.
Yaxşı, belə olan təqdirdə, necə olur ki, iki deputatın, iki iqtisadçının fikri bir-birilə tam ziddiyyət təşkil edir? Deməli, bu adamlardan biri qeyri-səmimidir, saxtakarlıq edir və gözünün içinə qədər yalan danışır...
“Bir dəfə Fransada bir xanımla söhbətləşirdik. Xanım dedi ki, ailəlidir, müəllim işləyir. Soruşdum ki, bəs burada neyniyirsən. Dedi, həftə sonları pul qazanmaq üçün gəlirəm. Yəni oralarda bu mövzular artıq adi hal kimi qəbul olunur”
.
Həm də Respublika Ağsaqqalar Şurasının sədri olan E.Quliyev camaata əxlaq dərsi keçmək istədiyinə görə, bu açıqlamasından sonra mətbuatda, sosial şəbəkələrdə “belə əxlaqlı, mərifətli adamsansa, həmin qadının “işlədiyi” yerdə nə gəzirdin” sualıyla üz-üzə qaldı, onu ələ saldılar, məsxərəyə qoydular və s.
Doğrusu, ümumiyyətlə ahıl adamların bu cür ələ salınması kənardan yaxşı görünmür, ancaq zaman keçdikcə görürsən ki, bəziləri elə doğrudan da yaşına, başına baxmayaraq, ələ salınmağa layiqdirlər...
Oxşar Xəbərlər
“15 qəpiklə heç kim kasıblamaz” -
"Bu gedişlə gözləyirəm ki, "Aİ-92"-ni də bahalaşdırsınlar" - Vahid Əhmədov
Tarif Şurasını necə başa düşək?
Eldar Quliyevin elmi fəaliyyətində “qaranlıq” məqamlar…
Xəbər lenti
“5 ildir məhkəmələrdə sürünürəm”
– Mərhum şairin ailəsində EV QALMAQALI
Dünən imtahana qatıla bilməyənlərə əlavə imtahan təşkil olunacaq?
- DİM-dən açıqlama
Deputat oğlunun şirkəti son 25 gündə 66,4 milyon manatlıq 3 tenderin qalibi oldu
Prezident qonaqlarını qarşıladı
Süni intellekt və yağış duası-Xəqani Cəfərli yazır
ABŞ-da məhkəmə qərarları Respublikaçıların ümidlərini artırıb
Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi artıq dövlət siyasətinin əsas istiqamətlərindən biridir - Azər Məmmədovun şərhi
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Gürcüstanın yeni patriarxı seçildi
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı -
FOTO
Azərbaycanda hər gün bu qədər insan ÖLÜR -
RƏSMİ
2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Səkkiz nəfər öldü -
Nazirlikdən açıqlama
Sabah 30 dərəcə isti olacaq
“İlham Əliyev özü də mənimlə birgə kövrəldi” -
Şəhid atası
"TikTok"da canlı açıb söyüş söyən 3 dost HƏBS OLUNDU
Mayda pensiya gözləyənlərə XƏBƏR
Kinematoqrafçılar İttifaqının yeni sədri onlardan biri olacaq
“Düşünürəm ki, sağdır, hansısa bunkerdədir”
Vüsal Əliyev həmin VİDEOya görə ÜZR İSTƏDİ
Göygöldə QƏZA:
5 nəfər xəsarət aldı
Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq
Yaponiya yeni kəşfiyyat qanununu qəbul edib
-Səksən illik parçalanmış struktura son qoyulur
“BU İŞ SONA ÇATMAĞA DOĞRU GEDİR”
– Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır?
Beyləqanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib
-Foto
Heydər Əliyev İrsi: Müasir Azərbaycan Dövlətçiliyinin Memarı
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanışlıq -
FOTOLAR
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi -
FOTOLAR
“Şəfəq” yarımstansiyasının açılışı oldu -
FOTOLAR
Dəhşətli virus SÜRƏTLƏ YAYILIR -
Yeni yoluxmalar aşkarlandı
Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər -
FOTOLAR
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
SON DƏQİQƏ!
Azərbaycanda zəlzələ oldu
Bazar gününün HAVA PROQNOZU
Restorandan çıxarkən ov tüfəngi ilə vuruldu-
Zaqatalada hadisə
Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin -
XƏBƏRDARLIQ
25 yaşlı oğlan işlədiyi bağda öldü
İran öz neftini daşıyan tankerə hücum edib
Pendir əhvalı yaxşılaşdırır
Həftəsonu bu yollar bağlı olacaq
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi -
FOTO
“Yaralıdır, amma müharibəni idarə edir” -
Xamenei ilə bağlı yeni iddia
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Bu şəxslər almadan uzaq durmalıdır —
Həkim
Ölkəmizdə hantavirusa yoluxma olub? —
RƏSMİ
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
Ayan Babakişiyeva TANINMAZ HALDA -
FOTO
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
PRİZMA
Süni intellekt və yağış duası-Xəqani Cəfərli yazır
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ Senatında İran dilemması
-Müharibə, məsuliyyət və seçki riski
SOSİAL
1
2
3
4
5
6
Azərbaycanda hər gün bu qədər insan ÖLÜR -
RƏSMİ
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Sabah 30 dərəcə isti olacaq
Mayda pensiya gözləyənlərə XƏBƏR
Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq
Bazar gününün HAVA PROQNOZU