Nəriman Həsənzadənin SON DURUMU
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünün nəticələri - Kreml nə etmək istəyir?
[spoiler][/spoiler]
Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiyanın təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan ilə görüşü baş tutub. Bu görüşdən dərhal sonra çoxsaylı suallar yaranıb.
Rusiya nə planlayır, nə hazırlayır? Narahat olmağa əsas varmı? Kreml iki düşmən ölkənin arasında böyük sülh sazişi yaratmağa nail ola biləcəkmi? Bu nəzəri sülh sazişi Azərbaycanı razı salacaqmı? Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyanın görüşü də mümkün ola bilərmi? Tərəflər sülh masasına hansı şərtlərlə otura, hansı razılaşma ilə qalxa bilər?
BAXCP sədrinin müavini, politoloq, əməkdar jurnalist Elçin Mirzəbəyli erməni tərəfin vaxt uzatmaqla məşğul olduğunu qeyd etdi:
“Rusiya ilk növbədə Cənubi Qafqaza üçüncü qüvvələrin müdaxiləsinə imkan verməmək, bütün təsir alətlərini öz əlində saxlamaq və postmüharibə dövründə həyata keçirilməsi nəzərdə tutulan bütün kommunikasiya layihələrində dominant mövqedə dayanmaq istəyir. Bununla yanaşı, özünün Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanatın əsas zəmanətçi oyunçusu olduğuna baxmayaraq, ATƏT-in Minsk Qrupu formatının da tam şəkildə sıradan çıxmasını istəmir və digər iki həmsədrin - ABŞ və Fransanın Azərbaycan-Türkiyə tandeminə qarşı müvəqqəti təzyiq mexanizmi kimi qorunub saxlanılmasına can atır. Bu prosesin nə zamana kimi davam edəcəyini söyləmək çətin olsa da, regiondakı bütün proseslərin Rusiyanın arzu və istəklərindən asılı olmadığını söyləyə bilərik. Zənnimcə, indiki halda görüşlə yanaşı görüş öncəsi baş verən təxribatların mahiyyətinə də diqqət çəkmək lazımdır. Ermənistanın işğal davam etdiyi dönəmdə danışıqlar öncəsi təxribat törətməklə diqqəti masa üzərindəki məsələlərdən yayındırmaq təcrübəsi var. Analoji təcrübənin yenidən təkrarlanması da mümkündür.
Elçin Mirzəbəyli: “Ermənistana manevr etmək üçün imkan verilməyəcəyi qənaətindəyəm”
Çünki xarici işlər nazirlərinin təmasından sonra, məntiqlə müzakirələr daha üst müstəviyə keçməlidir. Amma ermənilərin törətdikləri təxribatlar səbəbindən diqqət sülh müqaviləsindən daha çox, konkret təxribat faktlarına yönələ və atəşkəsin qorunması amili sülh prosesindən önə keçə bilər. Bununla yanaşı, təxribatların baş verməsində üçüncü qüvvələrin iştirakının da mümkünlüyünü söyləmək olar. İndiki halda Rusiya müşahidəçilərinin müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindən təxribatların baş verməməsində maraqlı olan tərəflər Azərbaycan, Türkiyə və Rusiyadır. Azərbaycan və Türkiyə ilə bağlı məsələ aydındır. Rusiya isə sülhməramlıların fəaliyyətinin üzərinə kölgə düşməməsi üçün təxribatların, xüsusilə də insan ölümüylə nəticələnən hadisələrin baş verməsində maraqlı ola bilməz. Amma maraqlı qüvvələrin sırasında regiondankənar qüvvələrin ”əlinə oynayan" region dövlətlərinin olması da mümkündür. Son 10-15 gün ərzində biz belə halların təzahürlərinin şahidi olmuşuq. Sülh müqaviləsinə gəldikdə isə Ermənistan vaxtı uzatmatla diplomatik müstəvidə itirilmiş mövqelərinin geri qaytarılmasına və Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artmasına çalışır. Yəni cəhd göstərir ki, postmüharibə dövrünün reallıqlarını dəyişsin və müəyyən güzəştlərin əldə edilməsinə nail olunsun. Məhz bu səbəbdən, Ermənistana manevr etmək üçün imkan verilməyəcəyi qənaətindəyəm. Bakı pressinq siyasətini daha da gücləndirməlidir və bunun belə olacağına şübhə etmirəm.Ermənistanın sülh müqaviləsi imzalaması üçün bu ölkəni noyabrın 10-da olduğu kimi fakt qarşısında qoymaq lazımdır".
Əhəd Məmmədli: “Ola bilsin ki, Türkiyə və Rusiya müəyyən razılığa gəlib”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli isə ümidli danışdı:
“Ümumiyyətlə, son zamanlarda Azərbaycan və Ermənistan tərəfinin rəhbərlərinin görüşləri intensivləşib. Hər iki ölkə rəhbərlərinin sülh müqaviləsi ilə bağlı səsləndirdikləri fikirlər bəzi mətləblərdən xəbər verir ki, gələcəkdə, bəlkə də çox yaxın zamanda bu müqavilənin imzalanması planlaşdırılır. Rusiyanın addımlardan təbii ki, narahat olmalıyıq. Çünki Kreml Ermənistanla müttəfiqdir. Onun üçün də narahatçılığımız hər zaman olmalıdır, yəni arxayınlaşmaq qətiyyən olmaz. Burada o məsələ də var ki, artıq status-kvo dəyişib. Ortada digər reallıqlar da var. Bununla şimal qonşumuz da hesablaşmağa məcburdur. Onun üçün də rəsmi Bakı qardaş ölkəni yanına alıb, Rusiyanın da iştirakı ilə öz maraqlarının təmin edilməsi şərti ilə Ermənistanla sülh müqaviləsi imzalamalıdır. Maraqlarımızın təminatı dedikdə ilk olan odur ki, Ermənistan tərəfi rəsmi şəkildə Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır. Belə olan halda Ermənistanla sülh müqaviləsi bağlana bilər. Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin, eləcə də, din xadimlərinin rus patriarxın iştirakı ilə Moskvadakı görüşündən sonra verilən açıqlama ki, hər iki tərəfin xalqları bir yerdə yaşamağa məhkumdur, başqa yol yoxdur. Bütün bunlar sülh müqaviləsinin baş tutacağı barədə mətləblərdən xəbər verir. Mənə elə gəlir ki, bu istiqamətdə ən mühüm gəlişmə Ərdoğan-Putin görüşü oldu. Bilirsiniz ki, Rusiyada baş tutan görüşdə əsas mövzu Qarabağ oldu. Doğrudur, görüşdən sonra hər iki lider tərəfindən Qarabağla bağlı ciddi açıqlamalar söylənilmədi. Amma hər iki prezidentin bir-birinə yönəlik müsbət açıqlamaları ondan xəbər verir ki, Qarabağla bağlı ola bilsin ki, Türkiyə və Rusiya müəyyən razılığa gəlib. Bu razılıqdan sonra Azərbaycan və Ermənistan tərəfin müəyyən şəkildə görüşləri davam edir. Bu görüşlər Prezident Əliyevlə erməni baş nazir Nikol Paşinyanın görüşü ilə sonuclana bilər. Düşünürəm ki, proseslər ona doğru gedir”.
Oxşar Xəbərlər
Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gözlənilir
Ceyhun Bayramov Ermənistan xarici işlər naziri ilə görüşüb
Ceyhun Bayramov Lavrovla üçtərəfli bəyanatı müzakirə etdi - FOTO
Ceyhun Bayramov Minskə yola düşüb
Xəbər lenti
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Qarpızın min dərdə dərman faydaları
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək