8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Moskvadan İrəvana daha bir tələb gəldi: Ermənistan öz ərazisində üçüncü dövlətin hərbi mövcudluğundan imtina barədə öhdəlik götürməlidir; erməni hərbi ekspertləri və KİV-ləri isə SOS siqnalları verir: "Bunlar pis əlamətlərdir...”
İki gün öncə BMT-də Ukrayna ilə bağlı Rusiya əleyhinə sənədin müzakirəsi zamanı Ermənistan yenə Rusiyanın yanında, Qərbin isə önündə yer alıb - Ermənistan təmsilçisi sənədin əleyhinə səs verib. Bununla belə, Azərbaycanın bitərəf qaldığı səsvermədə qətnamə qəbul edilib və Moskvanın Ukraynada işğalçı siyasəti növbəti dəfə pislənib.
Ancaq belə görünür, "yeni Ermənistan”ın Moskvaya bu sədaqət jesti də Moskvanı tam məmnun etməyib. Kreml baş nazir əvəzi Nikol Paşinyandan ona sədaqəti sübut edəcək yeni addımlar tələb edir. Məsələ ondadır ki, Moskva-İrəvan münasibətlərinin sərinləşməsi fonunda məlum olub ki, Kreml Ermənistandan vassal asılılığının sübutu üçün növbəti qarantiya tələb edir. Belə ki, Rusiya XİN rəhbəri Sergey Lavrov deyib ki, "Moskva və İrəvan Ermənistanda xarici hərbçilərin mövcud olmamasını təmin edəcək sənəd üzərində hazırlığı başa çatdırmaq üzəridir”.
Lavrov bunu "Komsomolskaya pravda”ya ABŞ-ın Ermənistandakı 3 bioloji laboratoriyası haqqında sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, sənədin hazırlanması prosesində Ermənistanda xarici hərbçilərin olmayacağına təminat veriləcək. "Bu sənəd təhlükə və risklər baxımından şəffaflığı təmin edəcək” - Rusiya baş diplomatı qeyd edib.
Ən maraqlısı da elə bu sənədin təsdiqinin Paşinyan hakimiyyət dönəminə düşməsidir. Bəs qərbyönlülərin mütləq çoxluqda (77%) olduğu yeni parlament həmin sənədi təsdiqləyəcəkmi? Təsdiqləyəcəksə, onda bu, Nikolun qərbyönlü kursuna, ABŞ-la perspektiv əlaqələrə və ümidlərə ciddi zərbə olmazmı? Axı söhbət həm də ABŞ-ın Ermənistandakı və bölgədəki təhlükəsizlik maraqlarından gedir. Məsələ həm də bundadır.
*****
Armenianreport.com-da getmiş dünənki şərh yazısı bu xüsusda diqqət çəkir. "Yeni Müsavat”ən məlumatına görə, sözügedən sənədi sərt tənqid edən müəllif yazır: "Lavrovun öhdəliklə bağlı bu açıqlaması o vaxta təsadüf edir ki, bütün Ermənistan Gümrüdəki 102 saylı bazanın hərbçisinin 57 yaşlı erməni qadınını öldürməsini müzakirə edir! Yeri gəlmişkən, həmin hərbçi bazanın ərazisində saxlanılır. Bütün bu baş verənlər fonunda isə Kreml hesab edir ki, ölkənin yeni rəhbərliyi Ermənistanın heç vaxt Rusiya hərbi təsir dairəsindən çıxmayacağı barədə əlavə yazılı öhdəlik götürməlidir. Görünür, Paşinyanın ”Ermənistan NATO-ya can atmır" bəyanatı Kreml üçün kifayət deyil. Kremldə sözlərə inanmırlar, orada rəsmi kağız istəyirlər ki, bizim ölkəmizin heç bir baş naziri və ya prezidenti ərazimizdə üçüncü ölkənin qoşunlarını yerləşdirməyi ağlına gətirməyəcək".
Məqalədə daha sonra deyilir: "Rusların təlaşı anlaşılandır. Onlar anlayırlar ki, özlərini dalana salıblar. Putin buna görə Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik eləmir. Beləcə, biz indiki mənzərə ilə üz-üzəyik: AB ilə vizasız rejimə nail olan Gürcüstan AB və NATO-ya üzvlüyə doğru inamla hərəkət edir. Vizasız rejim alan Ukrayna da Rusiyanın müqavimətinə baxmayaraq, eyni istiqamətdə hərəkətdədir. Azərbaycan NATO-ya üzv olmasa da, onunla əməkdaşlığı inkişaf etdirir və NATO-da ən güclü ordulardan birinə sahib olan Türkiyə ilə hərbi müqaviləsi var. Azərbaycan NATO ölkələrindən və İsraildən də silah alır və hər yerdə bizimlə müharibəyə hazırlaşır. Ermənistan NATO-ya doğru getmir. Bunu Rusiya qadağan edib. Yekunda bizim ölkəmiz KTMT-də ilişib qalıb - o blokda ki, orada həmin Rusiya və Belarus Azərbaycanı fəal şəkildə silahlandırır və bəyan edir ki, Azərbaycanın yeni təxribatı zamanı ”arsax"ı müdafiə eləməyəcək. Bütün bunlara nə ad qoyaq indi? Vəziyyətdən çıxış yolu nədir? Suallar çox, onlara cavablar isə hələ ki yoxdur. Hərgah, yeni hakimiyyət öhdəlik götürüb ki, onlara cavab verəcək. Hələlik bunu görmürük. Və bu, çox pis əlamətdir".
Ermənilərin Rusiya təlaşı ilə yanaşı, müharibə xofu da artıb. Belə ki, Azərbaycanın Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində bəzi postlara sərhəd qoşunlarının bölmələrini yerləşdirməsinə İrəvandan təlaşlı reaksiyalar gəlməkdə davam edir. Virtualaz.org xəbər verir ki, bu dəfə 90-cı illərin əvvəllərində Ermənistanın Qarabağa göndərdiyi ilk kəşfiyyat-diversiya batalyonunun komandiri olmuş Vova Vartanov hadisə barədə öz fikirlərini bölüşüb.
Kəşfiyyatçı Vova deyir ki, hazırda Azərbaycan tərəfində fəal hərəkətlilik müşahidə olunur. "Onlar təmas xəttinin həm Qarabağ, həm Naxçıvan istiqamətində fəal mühəndis işləri aparır. Habelə qoşunların yerləşdirilməsi məsələsində müəyyən dəyişiklik edilir. Onların sərhəd qoşunları çox maraqlıdır, bizimkilərdən xeyli fərqlidir. Hazırda sərhəd qoşunları sərhədin Qazax istiqamətində yerləşdirilir. Bu isə o deməkdir ki, onlar bir briqadanı Ermənistanla sərhəddən götürüb zərurət yaranarsa Qarabağ istiqamətinə yönəldəcəklər” - Vova Vartanov deyib.
Erməni hərbi ekspert Van Ambarsumyan isə hesab edir ki, Azərbaycanla Ermənistan arasında balans həm hərbi, həm siyasi planda artıq əlçatmaz həddə qədər pozulub. "Bu, Ermənistanın Qarabağdakı vəziyyətinə olduqca mənfi təsir edəcək”, - deyə o qeyd edib.
O, diqqəti buna cəlb edib ki, Ermənistanın yeni rəhbərliyinin siyasəti ucbatından KTMT baş katibi vəzifəsinə Belarus nümayəndəsi Stanislav Zasın təyin edilməsi təhlükəsi yaranıb. "Onun namizədliyi prezident Aleksandr Lukaşenko tərəfindən dəstəklənib. General Zas azərbaycanpərəst mövqeyi ilə tanınır. Xatırladıram ki, o Bakıda Ali Hərbi Məktəbi bitirib. Azərbaycanın prezidenti, müdafiə naziri və Silahlı Qüvvələrin Baş qərargah rəisi ilə çox sıx və dostluq əlaqələrinə malikdir. O, hətta Azərbaycana Belarus silahlarının, o cümlədən ”Polonez" raket sistemlərinin təchizatının təşəbbüskarlarından və vasitəçilərindən biridir" - Ambarsumyan təlaşla bildirib.
Erməni hərbi ekspertin dəyərləndirmələrinə görə, bu silah təchizatı ilə Azərbaycanla Ermənistan arasında qüvvələr balansı əlçatmaz səviyyədə pozulub. Çünki dünyada "Polonez”lərin analoqu demək olar ki, mövcud deyil. Ambarsumyan bildirib ki, həmin raket sistemləri praktiki olaraq ən yeni HHM sistemləri üçün əlçatmazdır, hətta bu sistemlərin özünə ciddi təhdid yaradır. "Çünki Azərbaycan ”Polonez"dən bir yaylım atəşi açmaqla eyni zamanda 8 taktiki və strateji hədəfi, o cümlədən Ermənistanın silahlanmasında yer alan S-300 rus zenit-raket komplekslərini məhv edə bilər. Hava Hücumundan Müdafiə sistemləri üçün bizim silahlanmamızda yer alan "İsgəndər-E” operativ-taktiki raket kompleksinə qarşı müqavimət göstərmək daha sadədir, nəinki "Polonez”ə qarşı" - Ambarsumyan deyib.
Erməni ekspert əlavə edib ki, Azərbaycan artıq "İsgəndər”lərə cavab olaraq İsraildən müasir "LORA” operativ-taktiki raketlərini alıb. Həmin raketlərin hədəfi vurma məsafəsi 400 kilometrə qədərdir. Bəs ümumiyyətlə, erməni tərəfinin Azərbaycan qarşısında hansısa üstünlüyü varmı? Ambarsumyan bu suala cavab verməkdə çətinlik çəkib.
Onun sözlərinə görə, erməni tərəfində yaxşı hazırlıq keçmiş kadr və zabit heyəti olub. Amma KTMT baş katibi Yuri Xaçaturovla bağlı qalmaqal bu kadr və zabit heyətinin nüfuzuna zərbə vurub. Ambarsumyana görə, Qarabağdakı erməni hərbi birləşmələrinin şəxsi heyətinin "yüksək döyüş ruhu” var, amma bu texniki və say üstünlüyünə malik olan düşmənə qarşı yetərli deyil. "Bizim texnika dərin modernizasiyaya ehtiyac duyur. Məsələn, tanklarımız gecə vaxtı işə yaramır. Onlar düşmən tankları və hətta müasir tank əleyhinə raket kompleksləri üçün asan hədəfə çevrilirlər” - erməni hərbi ekspert sonda bildirib./musavat.com/