“Azərnəşr”in yığılmış zərəri 6 milyon manatı keçib

 

"Azərbaycan” dövlət nəşriyyatının ("Azərnəşr”) cəmi aktivləri bu il yanvarın 1-nə 24,856 milyon manat təşkil edib.

"Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,55% azdır.

Hesabat dövründə "Azərnəşr”in cəmi öhdəlikləri 8% azalaraq 5,335 milyon manata, cəmi kapitalı isə 2,25% azalaraq 5,335 milyon manata düşüb.

Nəşriyyat ötən ili 449 min manat xalis zərərlə başa vurub. Bununla da, qurumun yığılmış zərəri 6,099 milyon manata çatıb.

Xatırladaq ki, "Azərnəşr” 1923-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4,742 milyon manatdır.



Oxşar Xəbərlər

Xəbər lenti