Şərab istehsalçısı bölünüb

Şərab istehsalçısı bölünüb

 

Qəbələ rayonunda fəaliyyət göstərən şərab istehsalçısı "ASPI AGRO" MMC onun tərkibindən "Savalan-Aspi Winery" üzüm emalı zavodunun ayrıldığına görə yenidən təşkil olunub.

"Report" bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yenidən təşkil edilmiş müəssisənin adı "ASPİ AQRO" MMC olacaq.

Xatırladaq ki, "ASPI AGRO" MMC 2007-ci ildə qurulub və özünün əsas fəaliyyət istiqaməti kimi üzümün becərilməsi və yüksək keyfiyyətli şərab istehsalını seçib. "ASPI AGRO” MMC üzümçülük tingləri istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtaliyanın "VİVA Cooperative Rausedo” VCR və Fransanın "Gontard Freres” şirkətləri ilə sıx əlaqə yaradaraq, Qəbələ rayonunda nadir iqlim şəraitinə malik, vaxtilə şərab sənayesinin çiçəkləndiyi yerdə – Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində geniş üzüm sahələri salıb.

"Savalan-Aspi Winery” üzüm emalı müəssisənin açılışı 2013-cü ildə baş tutub. Zavodun illik istehsal gücü 1000 tondur.



Oxşar Xəbərlər

Xəbər lenti