Baş nazir prezidentin qərarını tənqid etdi
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar -
SİYAHI
Prezidentdən məktəbəqədər təhsillə bağlı
FƏRMAN
Lissabonda səfirliyimiz təsis ediləcək -
SƏRƏNCAM
Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi -
FOTOLAR
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Əvvəlki
Sonrakı
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycanda Aşura mübahisələrini kim qızışdırır? – “Şiə və sünniləri üz-üzə qoymağa çalışırlar”
Avqustun 10-dan etibarən Azərbaycanda Məhərrəm ayı başlayıb. Pandemiyanın yaratdığı fəsadlar səbəbilə əvvəlki illərdən fərqli olaraq bu il Məhərrəmlik məhdud şəraitdə keçirilir. Hələ bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsi kütləvi tədbirlərdə yoluxma sayının artma ehtimalı yüksək olduğu üçün məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərin karantin qaydalarına uyğun keçirilməsini tövsiyə edib.
Dünən isə Aşura günü baş tutdu. Lakin Azərbaycanda bu mərasim heç də səs-küysüz ötüşmədi. Ümumiyyətlə, hər il Aşura zamanı cəmiyyətdə müəyyən gərginlik hökm sürür, dini problemlər ortaya çıxır. Aşuranı tanıyanlar tanımayanlara qarşı sərt ittihamlar səsləndirməyə başlayırlar.
Lakin məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir fərd öz dini etiqadını ifadə etmək, ona uyğun dini ayinlərin icrasında yer almaq hüququna malikdir. Bu proseslər zamanı isə ictimai asayiş mütləq şəkildə nəzərə alınmalıdır. Azərbaycanda nəinki bir vətəndaşın ictimai mənəviyyatı pozması, hətta hökumətin dini fəaliyyətlərə müdaxilə etməsi də qanunla tənzimlənir. Burada hər kəs, o cümlədən hökumət radikalizmə qarşı mübarizə aparmaq kimi bir öhdəliyə sahibdir.
Dini Qurumlar üzrə Dövlət Komitəsinin 2020-ci ildə yaydığı məlumata görə, bu gün Azərbaycanda əhalinin 96 faizi müsəlmandır və onların 35 faiz sünni, 65 faiz isə şiə məzhəbinə mənsubdur. Digər 4 faizi isə xristianlar, Yahova şahidləri, yəhudilər və bəhailər təşkil edir. Azərbaycan çoxmillətli ölkə olduğu üçün əksəriyyət fərqli din daşıyıcılarına qarşı tolerantlıq göstərməyi bacarır. Lakin bəzi radikal düşüncələrdən çıxış edən, sünni-şiə məzhəblərində ifratlığa varan və ya ümumiyyətlə, heç bir dini inanca sahib olmayan vətəndaşlar dini mərasimlərin təşkili zamanı sabitliyi pozmağa meyil edirlər. Məsələn, son üç gündə müsəlmanlıqda əsrlərin ənənəsi olan Aşura ilə bağlı radikal düşüncələr səsləndirilir. “Şəhidinə bir il yas saxlamayan Azərbaycan xalqı, 1400 il əvvəl baş verən hadisəyə görə toyları dayandırdı” kimi lüzumsuz ifadələrə yer verilərək insanların inancları məsxərəyə qoyulur.
Özünü din xadimi adlandırıb dinin tarixinə bələd olmayan biri də buna cavab verməyə çalışır ki, bu zaman da “Aşurada toy edənlərin 99 faizinin xoşbəxtliyi sual altındadır” ifadəsi ortaya atılır. Nəticədə hər iki qütbün nümayəndələri bir-birlərinin həm şəxsini, həm inancını təhqir etməyə başlayır.
Maraqlıdır, bu kimi halların yaşanmasında üçüncü qüvvələrin rolu varmı? Ümumiyyətlə, belə bir gərginliyin yaradılmasında məqsəd nədir? Niyə insanlar bəzən bir-birinin dini inanclarına qarşı tolerantlıq nümayiş etdirməyi bacarmırlar? Bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır?
Mövzu barədə Yenisabah.az-a danışan Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev ilk əvvəl qeyd edib ki, dinlərin hamısını qoruyan onlarda olan rituallardır:
“Aşura XVI əsrdən sonra gündəmdə olub. Bizdə bu gün əhalisinin hamısı şiə olan rayonlar var ki, onlar Aşura gününü keçirirlər. Dinlərin hamısını saxlayan onlarda olan rituallardır. Rituallar qalmasa, din məhv olub gedər.
Bundan çıxış edib Aşura gününə də, başqa dinlərin xüsusi günlərinə də normal yanaşa bilərik. Normal yanaşma həmin dinlərin öz atributlarını saxlamalarında ötəridir. Çünki bu atribut şiəliyi saxlayır, onu, 12 imamı götürsəniz, İmam Hüseyni şiəlikdən çıxarsanız, şiəlik yox olacaq.
Deməli, istər-istəməz bütün din xadimləri Aşuranın, Məhərrəmliyin qalmasının tərəfdarıdır. Çünki şiəlik onun üzərində qurulub. Türk qardaşlarımız və sünnilərin bunu qəbul etməməsi isə tamamilə başqa məsələdir. Hər iki tərəf bir-birinin yanaşmasını qəbul etmir. Namaz qılma şəkilləri də fərqlidir”.
Professor mövcud gərginliyin xarici qüvvələrin daxili işə qarışmasından irəli gəldiyini vurğulayıb:
“Əgər xarici qüvvələr işə qarışmasa, daxildə insanlar bir-birini normal qəbul edə bilərlər. Məsələn, mən bilirəm ki, şiəyəm, digəri sünnidir, ona görə də düşünürəm ki, mənim onla nə işim var?! Dində məcburiyyət yoxdur.
Amma xarici qüvvələr altdan-altdan işləyirlər ki, sünniləri şiələrə qarşı, şiələri də sünnilərə qarşı qaldırsınlar, ümumiyyətlə, dini ritualları hakimiyyətin əleyhinə çevirmək istəyənlər də var. Bu qüvvələr hər halda bizim qonşularımızdır. Bizə nə gəlsə, qonşularımızdan gəlir. Çox istədiyimiz qonşular var, onlar bizə nəzarət edirlər, biz kiçik ölkəyik, onlar isə böyükdür, işlərimizə qarışmağı özlərinə “borc” bilirlər”.
Mütəxəssis hesab edir ki, dini tolerantlığı artırmağın yolu dini çox parçalamamaqdan keçir:
“Bəzən televizorda dörd nəfər Aşura gününü müzakirə edir və o dörd nəfərdən ikisi Aşuranı möhkəm təbliğ edən, ikisi isə tənqid edən olur. Axı bunlara ehtiyac yoxdur. Din parçalanmamalıdır. Bizim əsas təbliğat qüvvəmiz televizordur, orada belə şeylərə ehtiyac yoxdur. Təkcə özlərini deyil, dini ritualı da təhqir edirlər, alçaldırlar.
İnsan bacardığı qədər mömindir, inanclıdır. Məni bacardığımdan artıq inamlı etmək mümkün deyil. Mənim də imanımın həddi var. Biri dərviş olur, gedir Allahla özünü bağlamağa, biri namaz qılıb oruc tutmağın müsəlmanlıq üçün kifayət olduğunu düşünür, biri sadəcə şiə olduğunu deməklə kifayətlənir. Bu o insanların bacardığıdır, onlardan bacardığından artığını istəmək doğru deyil, hamı normal baxmalıdır”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, dövlətin tolerantlq istiqamətində atdığı addımlar kifayət qədərdir:
“2001-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranandan bəri tolerantlıqla bağlı çox işlər görülüb. Tolerantlıq Mərkəzi də açılıb, akademik Kamal Abdulla orada işləyir, onlar da çox işlər görüblər. Dərsliklər yazılıb, Azərbaycan tolerant dövlət kimi təbliğ edilib. Yəni dövlət tolerantlıq barədə hər şeyi bu gün həyata keçirir. Hətta bəzən bunun ifrat dərəcədə olduğunu düşünürəm. Ona görə də onların etdiklərini danmaq lazım deyil”.
Oxşar Xəbərlər
Bakıda polis məscidləri nəzarətə götürdü
Aşura ilə əlaqədar qanvermə aksiyası başladı
Azərbaycanda Məhərrəm ayı başlayır
Dini Komitə Aşura günü məscidlərdə xüsusi monitorinq keçirəcək
Xəbər lenti
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
Baş nazir prezidentin qərarını tənqid etdi
Göygöldə mikroavtobus aşdı, yaralılar var
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar -
SİYAHI
Prezidentdən məktəbəqədər təhsillə bağlı
FƏRMAN
Lissabonda səfirliyimiz təsis ediləcək -
SƏRƏNCAM
Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi -
FOTOLAR
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"
Bu ərazilərdə qaz olmayacaq
Kürdəmirdə qəza: xəsarət alanlar var
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Bu sürücülər kəmər taxmaya bilər
Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ
Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi
Sələmə pul verən qadını öldürən qazi imiş... -
Qumarda 50 min manat uduzub
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Moskva ətrafında təxminən 60 PUA zərərsizləşdirilib
Məhərrəm ayı başladı
İrandan sonra növbəti hədəfini açıqladı
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
AÇIQLAMA – Tarix də açıqlandı
PRİZMA
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
Bu ərazilərdə qaz olmayacaq
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”