Sabahın hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Xidməti dekabrın 27-də gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.
Sozcu.info xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.
Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. 
Atmosfer təzyiqi  764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.  
Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasaən əlverişlidir. 
Azərbaycanın rayonlarında
Hava şəraiti əsasən yağmursuz, bəzi  yerlərdə duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz  7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 0-5° isti olacaq.
Gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda  yolların buz bağlama ehtimalı var.


Oxşar Xəbərlər

Xəbər lenti