Bakı mağazalarında çörək və siqaret bahalaşıb

Bakının bir çox ərzaq mağazalarında marketlərində "zavod" çörəyinin qiyməti 0,02 manat artıb və bu məhsulun qiymətində növbəti artım da gözlənildiyi deyilir.
Satıcılar bahalanmanı unun qiymətinin artması ilə izah edirlər. Əvvəl 50 kiloqramlıq un kisəsi 25 manat idi, son günlər bu məhsulun qiyməti 6-9 manat artıb
Hələlik istehsaçılar çörəyi köhnə qiymətlə alınmış undan bişirirlər, buna görə qiymətlər hələ çox qalxmayıb. Amma yeni un partiyası alındıqdan sonra qiyməti xeyli artırmaq lazım gələcək.
Marketlərdə həmçinin siqaretin qiyməti 0,1 manat artıb.
Qeyd edək ki, ötən ilin sentyabrın 16-da Nazirlər Kabinetinin "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Qanunda dəyişiklik etməsinə və un istehsalçılarına subsidiya verilməsinin davam etdirilməsi ilə bağlı qərar verməsinə baxmayaraq, unun qiyməti bahalaşıb.


Oxşar Xəbərlər

Xəbər lenti