Avropada bu ilin əvvəlində COVID-19-a 7 milyondan çox yoluxma qeydə alınıb

Avropa regionunda 2022-ci ilin ilk həftəsində COVID-19-a 7 milyondan çox yeni yoluxma qeydə alınıb.
Sozcu.info-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluqe mətbuat brifinqində deyib.
“Yanvarın 10-na olan məlumata görə, 26 ölkənin hər birinin əhalisinin 1%-dən çoxu hər həftə COVID-19-a yoluxur”, - Hans Kluqe bildirib.
Onun sözlərinə görə, ölüm nisbəti sabit olaraq qalır və ən yüksək ölüm faizi vaksinasiyanın zəif olduğu ölkələrdə qeydə alınır.


Oxşar Xəbərlər

Xəbər lenti