İntihar cəhdinin baş verdiyi məktəb: “Oradan çoxlu şikayətlər gəlir“

“Məktəbin direktoru yaş psixologiyasını bilmirsə, şagirdlərlə fərdi söhbətlər aparılmırsa, həmin məktəbdə bu kimi halların olması normaldır”.Bunu Sozcu.info-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
O, Bakıdakı 118 nömrəli orta məktəbdə baş verən 7-ci sinif şagirdinin intihar cəhdini şərh edib:
“Ümumiyyətlə, 118 saylı məktəbin psixoloqu uşaqlarla görüş keçirirmi? Həmin məktəbdən çoxlu şikayətlər gəlir. Bir məktəbin direktoru yaş, yeniyetmə psixologiyasını bilmirsə, fərdi söhbətlər aparmırsa, o məktəbdə bu kimi hallar artacaq”.
Psixoloqun sözlərinə görə, əvvəlki yeniyetməlik dövrü indikindən fərqlənib:
“Çünki o zaman sosial şəbəkələr yox idi. Orqanizmdə gedən prosesləri "Anatomiya"dan öyrənirdilər. Valideynlərin də köməyi olurdu. Valideyn, müəllim və məktəb direktoru şagirdlə bərabər bu işin öhtəsindən gəlirdi.
Təəssüf ki, bu gün o yeniyetmələrdə yaş psixologiyası önə gətirilmir. Aqressiyanın çoxalması, ailədəki psixoloji uyuşmaların yoxluğu uşağa təsir göstərir. Hər kəs bilir ki, hazırda sakit, stabil ailə yoxdur”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}