Nazirlikdən qoruqdakı yanğınla bağlı AÇIQLAMA

İlisu Dövlət Təbiət Qoruğunun yüksək və mürəkkəb relyefli dağlıq ərazisində gecə saatlarında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülsə də, lakin səhər saatlarında külək nəticəsində bəzi hissələrdə yenidən alovlanma baş verib.
Sozcu.info xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, hazırda İlisu Dövlət Təbiət Qoruğunun əməkdaşları və kənd sakinləri tərəfindən dağlıq və çətin relyefli ərazidə əl əməyindən istifadə olunmaqla alovlanan və közərən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti