Şəhid ailələri və müharibə əlillərinə nə qədər mənzil verilib?

Şəhid ailələri və müharibə əlillərinə ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib.
Sozcu.info-nun məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib: "Bundan başqa son 4 ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib”. 


Oxşar Xəbərlər

Xəbər lenti