Bu gün, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
Azərbaycanda xəstəxanalara yerləşdirilən və cərrahi əməliyyat olunan pasiyentlərin pandemiya ilə əlaqədar COVID-19 testi verməsi tələbi ləğv olunub. Artıq dövlət xəstəxanaları ilə yanaşı, özəl tibb müəssisələrində də pasiyentlərdən COVID-19 testinin neqativ cavabı tələb edilmir.
Sozcu.info xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.
Şöbə müdiri bildirib ki, tibb ocaqlarında test tələbi aradan qaldırılıb:
“Artıq COVID-19 testlərinin götürülməsi tibbi göstəriş əsasında icra olunur. Tibbi göstəriş dedikdə, xəstədə COVID-19 virusuna xas şübhəli əlamətlərin (qızdırma, şübhəli təmas, öskürək və s.) olması nəzərdə tutulur”.