28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili başlayır.Sozcu.info xəbər verir ki, ibtidai siniflər üçün mayın 6-sı dərs günüdür.Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 16-20 noyabr payız tətili, 27-31 yanvar qış tətili, 1-5 may ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.