İslam Kərimov kim idi: detdom uşağı, qovun oğrusu, yoxsa mahir siyasətçi-diktator? –Siyasi portret

İslam Kərimov kim idi: detdom uşağı, qovun oğrusu, yoxsa mahir siyasətçi-diktator? –Siyasi portret

 

Daşkənd hökuməti əvvəllər beynə qan sızması ilə xəstəxanaya yerləşdirilmiş 78 yaşlı prezident İslam Kərimovun ölümü haqda məlumatı təsdiq edib. MüstəqilÖzbəkistanın dəyişilməz liderinin vəfatı təkcə öz ölkəsi üçün deyil, həm də bütün bölgə üçün çox böyük önəm daşıyır,  bununla bağlı risklər isə son dərəcə böyükdür.

KİV-in Kərimovun ölümü haqda yaydığı ilk məlumatların təsdiq olunmadığı, lakin rəsmən təkzib edilmədiyi də onun siması üçün üzvi haldır. Bu adamı bir kəlmə ilə təsvir etməyi qarşımıza məqsəd qoysaq, "dualizm” hədsiz dərəcədə fəlsəfidir, "ikiüzlülük” isə olduqca kobuddur, lakin mahiyyət aydındır: Şərq hiyləgərliyinin özbək üzü onu əsrin çərəyindən çox hakimiyyətdə saxlayıb, lakin hətta məntiqli tərcümeyi-haldan da məhrum edib – çox güman ki, keçmiş SSRİ məkanında ondan daha müəmmalı lider olmayıb və güman etmirəm ki, meydana çıxsın. Bəli, istənilən siyasətçi ziddiyyətlidir, lakin hər biri bir-birini qarşılıqlı şəkildə istisna edən paraqraf deyil. Kərimov diktator demokrat, cani xilaskar, dünyəvi islamçı, mühafizəkar modernçi, ABŞ-a qarşı Rusiya dostu və Rusiyaya qarşı ABŞ-ın dostu idi. "Nə ölüdür, nə də diri” statusu bu cür fonda hələ ən təəccüblüsü deyil.

O, Səmərqənddə – Özbəkistanın sovet hökumətinə qədər əsasən tacik dilində, sovetlərin gəlişindən sonra isə Mahaçqaladakı kimi rus dilində danışıldığı Özbəkistan Vavilonunda doğulub (bəzi məlumatlara görə, Özbəkistan lideri özbək dilini lazımı qaydada yalnız yetkin yaşlarında öyrənib). Və bu, Kərimov haqda aydın şəkildə deyilməsi mümkün olan yeganə məqamdır. Nə onun əsil milliyyəti (Səmərqənd üçün normal olan dərhal dörd variant var: özbək, tacik, fars, yəhudi), nə atasının şəxsiyyəti (versiya var ki, İslamovun doğuluşu ailə xəyanətinin nəticəsi olub, bu isə onun uşaq evində böyüməyinin səbəbini izah edir), nə də böyüdüyü şərait dürüst məlumdur. Rəsmi tərcümeyi-hal əlaçı şagird və fəalı, xalqın söz-söhbəti idarə olunmaz xuliqan və "iki” alan şagirdi, qovun oğrusunu təsvir edir. Üstüörtülü sözlərin kor ləkəsi, demək olar, 15 il genişləndi.

Başqa məsələdir ki, sovet kargüzarlığında tərcümeyi-halla yalnız müəyyən həddə qədər maraqlanmaq mümkün idi. Ona görə də Kərimovun əmək yolu onunn bütün versiyaları üçün eyni idi: otuz yaşı tamamlanmamış mühəndis-mexanik iqtisadçılığı oxuyur, dissertasiya müdafiə edir və ən sonda əvvəlcə Özbəkistan SSR nazirlər kabinetində, sonra isə respublika Dövlət Plan komitəsində idarə əldə edir.

Düzdür, uşaq evinin keçmiş yetirməsini hakimiyyət zirvəsinə ucaldan bir qism faktlar üzrə fikir ayrılığı qalır: biriləri istedaddan, digərləri kiminsə dəstəyindən danışır. Çox güman ki, həm onlar, həm də bunlar haqlıdır –əlaqələri olmayan insanla müqayisədə Kərimov yuxarılara doğru çox uğurla yüksəlib, bütün istəklərə rəğmən, ən azı, siyasətçi kimi isə istedadda onu rədd etmək olmur.

O hələ erkən Qobaçovun dönəmində zamanın sinirni tutaraq Özbəkistan iqtisadiyyatının xilası üçün "yeni baxış” ruhunda plan təklif etməklə sürətlə ucalmaq istəyirdi. Uyuşmadı, onu sürgünə – ucqar əyalətə, Karşı şəhərinə partiya işinə göndərdilər. Kərimov onda başqa yöndən yanaşdı. Respublika hələ də "pambıq işi”nin nəticələrindən qızdırma yaşayırdı, Moskva yerli şəraitdən az-çox baş açan, lakin eyni zamanda klan sxemlərinnə cəlb edilməmiş və oğurluq etməyən – demək olar, qeyri-mümkün şərt idi – kimisə tapmaq üçün özbək kadrları silkələyirdi. Bu cür adam da ucqar Karşıda  namuslu, demək olar, müqəddəs idarəçi nüfuzu qazanmış Kərimov oldu. O bu qayda ilə 1989-cu ildə Özbəkistan KP MK-nın birinci katibi oldu və bu andan etibarən (oyun vaxtı başqa komandaya qaçmaq məharətini ümumən oyun üslubu adlandırmaq mümkündürsə) özünün ikili oyun üslubundan ayrılmadı.

Kərimov hakimiyyətə korrupsiya ilə mübariz və şəxsi təmizliyin təcəssümü kimi gəldi, lakin işə  "pambıq işi”ndə adı keçənlərə faktiki bəraətlə başladı və şah taxtında rüşvətxor müstəbid kimi başa vurdu.

O, SSRİ-nin saxlanması uğrunda özbəklərin "lehinə” səs verməyinə inamla nail oldu və Orta Asiyada  İttifaqın tərkibindən çıxdığını bildirən ilk sovet respublikası oldu (bu faktı ayrıca dəyərləndirməyinə dəyər ki, Özbəkistanın müstəqilliyi haqda referendum artıq SSRİ dağılandan sonra keçirilib).

Naz

O, sözdə adı "demokratik” və "liberal” olan partiyalardan prezidentliyə namizəd və "müasir dövrün ən qəddar diktatorları” siyahısının daimi üzvü olub.

O, sovet Özbəkistanında İslamın dirçəlişinə şərait yaradıb və yerli hər cür  mötədil islamçıların ən qatı düşməni olub. Nəticədə isə dünyanın müsəlman ölkələrinin ən dünyəvi başçılarından biri adlandırıla bilər.

О, Özbəkistanın möhkəm klanlar və ailə bağlarının fırıldaqlarından yaxşı baş çıxardır və eyni zamanda (ilk nikahdan) yeganə oğlu ilə ünsiyyət saxlamırdı. Doğma qardaşı oğlunu isə ruhi xəstələr üçün klinikaya qapatmağa yol verib, çünki gənc oğlan Qərb tipli demokratiyaya hədsiz dərəcədə uymuşdu. Duyum aldatdı. Böyük Kərimovu isə duyum heç vaxt aldatmayıb.

Özbəklər postsovet millətlərin içində demokratiya oyununu birinci bitirdilər: Kərimov artıq respublikada ilk prezident seçkisində vintləri dirənənədək bərkitdi(KİV-lərə qadağa qoymaq, narazıların həbsi, nümayişlərin dağıdılması və s.). Bütün bunları güc qurumlara və xüsusi xidmətlərə birmənalı şəkildə bel bağalamaq sayəsində nail olundu (Yada salaq ki, o dövrdə Rusiyada əks proses gedirdi – güc təmsilçilərini sıxırdılar). Bu, bir tərəfdən, Kərimova üfüqdə vətəndaş müharibəsi görünən və yaxud (Əfqanıstan, Taciksitan, Qırğızıstandan) terror ixracat olunacaq Özbəkistan üzərində tam nəzarəti saxlamaq imkanı verir, digər tərəfdən onun şəxsi hakimiyyətini mütləqiyyətə qədər möhkəmləndirirdi. Özbəkistanın hüquq-mühafizə orqanları ilk seçkilərdəki yeganə opponentini indiyədək təqib edir (rəsmi versiyaya görə, Kərimov 86%-lik nəticə ilə qalib gəlib, müxalifətdən nəhs dillərin  versiyasına görə, uduzub). Söhbət dissident, ziyalı, şair, sufizmin pərəstişkarı, qərbçi, demokrat, milli dirçəliş tərəfdarı adlandırmaq mümkün olan Məhəmməd Salihdən gedir. Bu cür ifadə və keyfiyyət yığımı boz partiya funksioneri və (sonralar) diktator İslam Kərimovun da üzərində ucala bilər, lakin xatırlatmağına dəyər ki, SSRİ-nin dərhal bir neçə respublikasında bu tip xarakteristikalı xadimlərin hakimiyyətə gəlişi böyük qanların axmağına səbəb olub.  

Kərimovun onillik idarəçiliyindən sonra prezidentə qarşı cürbəcür demokratik ziyalıların zidd çıxdığının yaddan çıxarılması haqda göstəriş verildi – müxalifət və dövlətin düşmənləri (o vaxt bu sözlər özbəklər üçün sinonim idi) bundan sonra istisnasız olaraq islamçılar oldu. Və bu, xeyli dərəcədə gerçəkliyə uyğun idi: Özbəkistan bır sıra zorakılıqlara, sərhədlərdə tammiqyasl atışmalara, 1999, 2000 və 2004-cü illərdə müxtəlif xüsusi əməliyyat və teraktlara məruz qaldı. 1999-cu ilin fevralında inzibati binaların yaxınlığında bir neçə avtomobilin partladılmasından 16 nəfər həlak oldu, (nazirlər kabinetinin üzvləri daxil olmaqla) 100-dən çox adam yaralandı. Lakin nə Tacikistandakı kimi tammiqyaslı vətəndaş müharibəsi, nə Qırğızıstandakı kimi qanlı, qırğınlı inqilablar, nə Şimali Qafqazdakı islamçı silahlı bandaların hökmranlığı, nə də ağır separatizm hadisələri Özbəkistanın başına gəldi. Kərimov Orta Asiyanın ən böyük dövlətinin qaynar nöqtəyə dönməməyinə canlı zəmanət kimi qəbul edilməyə başlandı.

Daşkəndin versiyasına görə, islamçı qiyamın boğulduğu, hüquq müdafiəçilərinin versiyasına görə isə müxalifətin dinc nümayişinin gülləboran edildiyi 2005-ci il Əndican hadisələri xüsusi sətirlə qeyd olunur.

bk

Kərimov bu cür diktator oldu, onun Qəddafi və Əsəddən pis olduğu isə qəzet reytinqlərində əks olundu. Daşkənd cavabında Moskva ilə yenidən ittifaq bağladı və 11 sentyabrdan sonra Vaşinqtonla bağlanmış ittifaqı ayaqladı. Xatırladaq ki, ABŞ prerzidenti kiçik Buş o zaman on sakindən birinin özbək, bu özbəklərdən bəzilərinin isə Kərimovun şəxsi düşməni  olduğu Əfqanıstanda terrorizmə qalib gəlməyi qət etmişdi. Məsələn, Özbəkistan İslam hərəkatının lideri, nə zamansa "Əl-Qaidə”, indi isə İŞİD-lə əlaqəli olan, fəaliyyət coğrafiyası Əfqanıstan və Pakistandan, taliblərin tanınmamış Vəziristanından keçən və elə orada da rahatlanmış islamçı Tahir Yuldaşev. Lakin istisna olunmur ki, "Mərkəzi Asiyanın bir nömrəli terrorçusu” Kərimovun siyasi düşmənləri sırasında hər halda ikincidir, birinci isə yuxarıda sözügedən, terrorizmə görə qiyabi məhkum edilmiş Məhəmməd Salihdir (1999-cu ilin fevralındakı terakta görə – hesab edilir ki, əsas hədəf Kərimovun özü idi). Bu istənilən halda Kərimov Özbəkistanı üçün "eyni banda”dır: Salihin qardaşları hazırda Özbəkistan həbsxanasında yatır və Daşkənd teraktının mümkün təşkilatçısı Yuldaşevə işləməkdə ittiham edilirlər.

Prinsipcə, Kərimovun siyasi tərcümeyi-halı "Özbəkistanın Rusiya ilə ABŞ arasındakı ziddiyyətlər oyunu” mövzusunda istənilən şərhdə qeyd olunur. Lakin necə deyərlər, "ziddiyyətlərdə oyun” yumşaq ifadədir: Kərimov Özbəkistanı Moskvanın himayə etdiyi inteqrasiya birliklərinə (hərbi KTMT, iqtisadi Avrasiya birliyi) gətirib və iki dəfə bunlardan çıxıb. Həm də hər iki dəfədə buna görə ona heç nə olmayıb. Hətta Rusiya mətbuatından, məsələn, Aleksandr Lukaşenkonun tez-tez məruz qaldığı "kötək” də olmayıb. Təəssürat yaranır ki, Kreml böyük dövlətlərin arasında on illərlə vurnuxan və istədiyini mütləq götürən, vaxtında o biri komandaya keçən hərdəmxəyal özbəyin təbiəti ilə barışıb. Barışarkən isə Kərimova əlini yelləyib. Vaşinqton da eyni şeyi edib. Hətta Əndican hadisələrindən sonra Özbəkistana və prezidentin çevrəsinə qarşı tətbiq edilnmiş sanksiyalar cəmi üç il saxlandı və formal iddialara görə Daşkəndin heç bir güzəşti olmadan ləğv edildi. Faktiki olaraq, hər iki oyunçu Kərimova "həm bizimki, həm də sizinki” statusunda olmağa imkan verdi – təki terror coğrafiyasının genişlənməsinin hamıya baha başa gələcəyi Özbəkistanda sabitliyin zamini kimi çıxış etsin. Həm də Moskva bir blokda iki prinsipial düşmənin varlığının praktik qeyri-rentabelliyni anlayaraq Özbəkistanı sanki hətta yüngülləşərək "azad üzmə"yə buraxdı. İndiki halda torpağı, tarixi mirası, döyüş şöhrəti və içməli suyu öz aralarında qeyzlə bölən   Özbəkistan və Tacikistanı. Biz isə Qərbə baxmağa alışdığımızdan bunu görmürük.

İmperiyanın dağılması nəticəsində meydana çıxmış dövlətin avtoritar lideri siyasi müstəqilliyin qayğısına bu cür qalırsa və eyni zamanda dini istismar etmirsə, onda onun bir yolu var – millətçilik. Özbəkistan bu yolu da keçib: ruslar idarəçilik qurumlarından sıxışdırlıb, ölkədə sovetsizləşmə yorğunluğu olub, dərslik və qəzetlər şimallı qantökən işğalçılar və milli qəhrəmanlar – basmaçlardan söhbət açıb. Daşkənddə Moskva üçün ən ağrılı nöqtəyə də zərbə endiriblər: Böyük Vətən müharibəsi qəhrəmanlarının şərəfinə nişanə heykəllər Özbəkistan torpağından silinib. Rusiya belə bir şeyi heç kimə bağışlamayıb – nə bolqarlara, nə baltlara, nə gürcülərə, nə də ukraynalılara. Lakin özünü görməməzliyə vurub özbəkləri bağışladı. O səbəbdən bağışladı ki, Kərimov bütün bunları sakitcə, meydan oxumadan, auditoriyaya çatdırmadan etdi. Kobudcasına desək, "özbəklər üçün Özbəkistan” qurarkən lovğalanmadı, bununla Moskvanı fitnəyə çəkmədi, antirusiya və yaxud rus xofu ifadələrinə yol vermədi.

PK

Lakin Kərimova təəccüblü dərəcədə bərabər münasibət onunla diktə olunurdu ki, qeyri-loyallığın təzahürünə sanki olduqca həssas olan Moskva da, ayrıca götürülmüş ölkədə NATO bombardmançılarının gücü ilə demokratiya qurmağa meylli olan Vaşinqton da müəyyən dövrlərdən bəri onun hakimiyyətini laxlatmağa ehtiyat edirdi. İndi sultan ölüdür, durum kəskin şəkildə dəyişilib, paytaxtlarda təşviş var. Kərimov 1989-cu ildən Özbəkistanı idarə edirdi (postsovet məkanında ancaq Nazarbayev ondan cəmi bir gün artıq hakimiyyətdədir). (İndi) otuzmilyonluq respublikanın dövlət sistemini özünə tabe edərək təkbaşına və dəmir əllə idarə edib. Ola bilsin ki, son nəticədə məhz bu da respublikanı uçurumdan qoruyub. Təhlükəli sərhədlər və gizli islamçı fəaliyyət, etnik rəngarənglik, sosial baxımdan yoxsulluq, spesifik milli təkəbbürə malik olan Özbəkistan xroniki olaraq terroru idxal və ixrac etməklə ikinci Əfqanıstan olmaq təhlükəsindədir.

Bəlkə də, Kərimovun ümumi ikiüzlülüyünün ən önəmli cizgisi bundadır ki, hətta onun ardıcıl və prinsipial düşmənlərinə (Şərqin bu avtoritar hökmdarı isə nifrət üçün yetərincə səbəb təqdim edib) bu cür demək xoşbəxtliyi üz verə bilər: "İslam Kərimov Özbəkistanın normal həyatın yaşandığı son hökmdarı idi”.

Stanislav Borzyakov

vz.ru, 02.08.2016

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti