Böyük hərbi xərclər səmada qızğın silahlanmanı şiddətləndirir

Böyük hərbi xərclər səmada qızğın silahlanmanı şiddətləndirir

 

ABŞ və müttəfiqlərinin döyüş təyyarələri 20 ildən çox praktik olaraq səmaya sahiblik edib. İndi isə Rusiya və Çin bu üstünlüyü meydan oxumağa və yeni qızğın silahlanmanı qamçılamağa can atmaqla silahlanmanın yeni növlərinə böyük vəsait sərf edir. Qasrşıdakı bir neçə ildə həm aviasiya, həm də zenit-raket texnikasının yeni nümunələrinin meydana çıxacağı gözlənilir. Modernləşdirmə üzrə bu cür iş Moskvanın Şərqi Avropa və Yaxın Şərqin qaynar nöqtələrində qüvvə nümayiş etdirdiyi, Çinin isə Cənubi Çin dənizində eyni addımı atdığı bir vaxtda aparılır. Qərb ölkələrinin hərbi komandanlığı bununla bağlı yeni nəsil döyüş təyyarələrinin dərhal istehsalını təkid edir.

 

General Devid Qoldfeyn iyunda ABŞ HHQ qərargah rəisinin vəzifəsinə başlamazdan öncə qanunvericilər qarşısında çıxış edərkən deyib: "ABŞ HHQ üçün ən zəruri problem qüvvəcə bərabər, bizimkindən geri qalmayan müasir hərbi potensial sahibi olan rəqiblərin ortalığa çıxmağıdır”.

ABŞ HHQ iki aydan sonra yeni F-35 vahid zərbə qırıcısını sertifikatlaşdırdı. Az gözə çarpmaq səciyyyəsinə malik olan bu təyyarə məxsusi olaraq NATO 1990-cı illərdə Bosniyada bombardmana başladıqdan sonra döyüş əməliyyatlarının fərqli özəlliyi olan məhdud, son dərəcə dəqiq zərbə endirmək üçün yaradılıb. Döyüş təyyarləri arasında "Ferrari” deyilən F-22 silahlanmaya 2005-ci ildən daxil olan nisbətən yeni maşındır. O, uçuş vaxtı sürəti səsdən iki dəfə iti rəqib təyyarələrini məhv etmək üçün nəzərdə tutulub. O bu yaxınlarda bombardmançıya çevrilib və bu gün həm də düşmən ərazisinin üzərində kəşfiyyat məlumatı toplamaq qabiliyyətinə malikdir. Lakin Amerika qırıcılarının 75%-dən çoxu 1970-ci illər dövründəndir. F-15 HHQ tərkibində 1975-ci ildən uçur. Geniş tətrbiq tapmış F-16 1979-cu ildən silahlanmadadır, ABŞ HDQ-nin F/A-18-i isə orduya ilk dəfə 1978-ci ildə verilib. Bu köhnə təyyarələr həmçinin Fransanın daha müasir Rafale və Eurofighter tipli qırıcıları ilə yanaşı Asiya və Avropanın əksər müttəfiq ölkələrinin HHQ-nin əsasını təşkil edir.

Rusiya 2018-ci ildə ilk qırıcı-görünməz T-50-i silahlanmaya qəbul etməyə hazırlaşır. Bu iki mühərrikli təyyarə rəqibi uzaq məsafədən aşkarlamağa imkan verən ən müsir elektronika ilə təchiz edilmiş yüksək manevrli maşın olmalıdır.

Bu arada Moskva ən müasir Su-34 bombardmançısı və Su-35 kimi qırıcı döyüş təyyarələrini Suriyaya göndərib. Rusiya müdafiə nazirliyindən bu mövzuda şərh almaq mümkün olmadı.

Çin əzəldən ya daha köhnə konstruksiyalardan istifadə etməklə, ya da lisenziya üzrə yenisini yaratmaqla Rusiya modellərinə əsaslanır. Yeni layihələrin ortalığa çıxması ilə durum dəyişilməyə başlayır. Pentaqon bu il Çin ordusunun illik analizində qeyd edib ki, ÇXR HHQ "döyüş və texniki səciyyələrin geniş dairəsi üzrə Qərb aviasiyasından geridə qalmağı sürətlə ləğv edir”.

Amerikanın F-22-i xatırladan Çinin J-20 təyyarəsi uçuşa 2011-ci ildə başlayıb, lakin bu maşın indiyədək silahlanmaya qəbul edilməyib. Pekin bir ildən sonra zahirən Amerika F-35-lərinə bənzəyən FC-312-in uçuş sınaqlarına başlayıb.

Çin Müdafiə anzirliyi Pentaqonun məruzəsinə cavabında ABŞ-ı bir sıra məsələlər, o cümlədən ÇXR-də silahların hazırlanması üzrə "yaraşmaz şərhlər”də qınayaraq "kəskin narazılıq və qəti etiraz” ifadə edib.

ABŞ rəqib RLS-dən yayınmağı bacaran təyyarələrə sahib olmaqla indiyədək üstünlüyə malikdir. Bununla belə, Rusiya və Çində bu cür maşınlar hələ indi hazırlanır. Lakin təkcə yeni təyyarələr narahatlıq doğurmur. Çin və Rusiya daha müasir zenit-raket komplekslərini silahlanmaya qəbul edir. Moskvanın bildirdiyi kimi, onun yeni S-400 sistemi rəqib təyyarəsini 380 km məsafədə vura bilər ki, bu da əvvəlkindən iki dəfə çoxdur.

Ukrayna ilə gərginliyin gücləndiyinə baxmayaraq, Rusiya Müdafiə nazirliyi avqustda bu kompleksin birləşdirilmiş Krımda düzüldüyün elan edib. Moskva həmçuini yeni RƏM sistemlərini xaricə satmaq niyyətindədir.

ABŞ HHQ-nin istefada olan general-leytenantı Devid Deptula bildirir ki, "Bu istənilən hərbi əməliyyatın aparılmasını xeyli çətinləşdirir”.

Çin bu il HQ-9 zenit-raket komplekslərini Cənubi Çin dənizində Vyetnamın da iddia etdiyi Parasel adalarına yerləşdirib.

ABŞ HHQ bu yeni təhlükələrə qarşı müqavimət üçün döyüş ehtiyaclarının bu yaxındakı təhlilində uzaqmənzilli raketləri silahlanmaya qəbul etməyi tövsiyə edib.

ABŞ HHQ aviasiya döyüş komandanlığına başçılıq edən general Herbert Karlaylın iyulda İngiltərədəki aviaşouda bildirdiyi kimi, artıq hazırda 2030-cu ildə modernləşdirilmiş modelin buraxılması məqsədilə yeni təyyarələrin yaradılması üzrə iş aparılır.

ABŞ HDQ çoxtəyinatlı F/A-18E/F Super Hornet təyyarəsinin əvəzlənməsi üçün ilyarıma nəzərdə tutulmuş təhlilə girişib. Yeni nümunənin silahlanmaya qəbul edilməsi, təxminən, 2035-ci ilə planlaşdırılır. Pentaqon hələlik tam qət etməyib ki, yeni təyyarədən nə istəyir. Lakin Boeing Co., Lockheed Martin Corp. və Northrop Grumman Corp. kimi istehsalçılar artıq yenui maşının futuristik şəkillərini yaymağa başlayıb. BAE Systems bildirir ki, Britaniyanın marağında eyni məsələlər üzrə məşğul olan kiçik mühəndis qrupuna malikdir. Bu haqda silah istehsalı üzrə Britaniya şirkətinin hərbi şöbəsinin icraçı direktoru Kris Bordmanməlumat verib.

Amerikanın bəzi qanunverici və mütəxəssisləri HHQ-i F-22 qırıcısında düşmənin daim təkmilləşən RƏM vasitələrinə qarşı effektli müqavimət göstərməyə imkan verən yeni elektronika quraşdırmaqla onun 2012-ci ildə dayandırılmış istehsalını təzələməyə çağırırlar.

London Beynəlxalq strateji araşdırmalar institutunda hərbi aviainşaat məsələləri üzrə baş elmi əməkdaş işləyən Duqlas Barri məlumat verib ki, Avropanın müdafiə nazirlikləri, o cümlədən Britaniyanınkı bu günlərdə yeni döyüş təyyarəsi konsepsiyasını nəzərdən keçirməyə başlayıb. O bunu "Rusiyanın Şərqi Avropadakı aqressivliyi” və getdikcə daha mükəmməl döyüş təyyarələri almasilə izah edib.

Böyük Britaniya müdafiə nazirliyi ABŞ və Fransa ilə qarşılıqlı fəaliyyətdə "daha yetkin” texnika nümunələri yaratmaq üzrə planları haqda məlumat verib. O, "F-35” alır, lakin eyni zamanda öz işini də aparır. Almaniyaya da İtaliya və Britaniya ilə birgə yaradılmış və 37 il öncə lüftvaffenin silahlanmasına daxil olmuş "Tornado”nu əvəzləmək üçün yeni döyüş təyyarəsi lazımdır.

Almaniya müdafiə nazirliyinin keçən ilki məruzəsinə əsasən, Berlin piliotlu və pilotsuz variantları nəzərdən keçirir. Nazirliyin mətbuat katibi deyib ki, tələb edilən səciyyələr də təhlükələrin gələcək mənzərəsi kimi indi-indi təhlil olunur.

Paris Britaniya ilə birlikdə yeni konsepsiyalar üzərində çalışır, lakin bundan başqa,"Rafale” təyyarəsi güclənən təhlükələrə uyğun gəlsin deyə onu modernləşdirməyi planlaşdırır.

 

Müxtəlif qırıcıların müqayisəsi

 

Dünyanlın aparıcı dövlətləri havada mümkün rəqib üzərində üstünlüyü saxlamaq cəhdiylə yeni, daha müasir döyüş təyyarələri hazırlayır. Onlar bunu nə dərəcədə tez edə bilər və öz səylərində nə qədər uzağa gedə bilər?

Reaktiv təyyarələr sürəti və maksimal mənzili ilə dəyərləndirilir.

F-22 (ABŞ) – maksimal sürət: M=1,7, mənzil: 3220 km.

F-35 (ABŞ) – maksimal sürət: М=1,6, mənzil: 2220 км.

Eurofighter (Avropa)

Maksimal sürət: М=2,0, məınzil: 2960 km.

Rafale (Fransa)

Maksimal sürət: М=1,8, mənzil: 3120 km.

Т-50 (Rusiya)

Maksimal sürət: М=2,0, mənzil: 3980 km.

 

Silahlanma

 

F-22

Mümkün döyüş yükü: bir top, ortamənzilli altı "hav-hava” raketi və yaxınmənzilli iki "hava-hava” raketi, ya da 900 kq-lıq bombalar və dörd "hava-hava” raketi.

 

F-35

 

Mümkün döyüş yükü: ortamənzili iki "hava-hava” raketi və iki 450 kq-lıq bomba.

 

Eurofighter Typhoon

 

Mümkün döyüş yükü: bir ədəd 27 mm-lik top, altı ortamənzilli "hava-hava” raketi, yaxınmənzilli iki "hava-hava” raketi və iki asılma yanacaq çəni.

 

Rafale

 

Mümkün döyüş yükü: bir ədəd 30 mm-lik top, 16 ədəd 220 kq-lıq bomba, iki "hava-hava” raketi və iki yanacaq çəni.

 

Т-50

 

Mümkün döyüş yükü: bir top və səkkiz ortamənzilli "hava-hava” raketi. 2018-ci ildə silahlanmaya qəbul edilməyi gözlənilir.

 

J-20 (Çin)

 

Maksimal sürət: məlum deyil. Mənzil: məlum deyil. Mümkün döyüş yükü: altı "hava-hava” raketi. Silahlanmaya qəbul edilməyib.

Robert Uoll

The Wall Street Journal (ABŞ), 27.09.2016



Oxşar Xəbərlər

Xəbər lenti