8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İraqda hal-hazırda maraqlı proseslərin şahidi olmaqdayıq. Bildiyiniz kimi, 2019-cu ildə əsasən sosial problemlər üzərindən qaynaqlanan etirazlar, 10 oktyabr 2021-ci ildə keçirilən seçkilərdən sonra daha da şiddətləndi və fərqli boyuta keçdi. Seçkinin qalibi şiə lideri Müqtəda Es-Sədrin rəhbərlik etdiyi Sədr Hərəkatı oldu. Lakin Sədr Hərəkatı Bərzani və Sünni qrupları ilə koalisiya yaratsa da, hökuməti qura bilmədi.Son seçkilərdə Sədr qrupu 73, sünnilər 37, kürdlər Bərzani 31 və Təlabani 11 mandat qazandı. Bu formada mandatların bölünməsi çoxpartiyalı sistemdən sağlam bir hökumət çıxarda bilməzdi.
Nəticədə Müqtəda Sədr siyasətdən getdiyini açıqladı.
Bunun üzərinə Hüquq Dövləti Koalisiyasının lideri, keçmiş baş nazir Nuri əl-Maliki İraqda nazir vəzifəsində çalışmış Sudanini baş nazirliyə namizəd elan etdi. Bir tərəfdən 13 avqustda Malikinin gizli toplantıda etdiyi çixişın səs yazısının yayılması, digər tərəfdən İrana yaxın siyasi qrupların da Sudaninin namizədliyini dəstəkləməsi, ciddi etirazlara səbəb oldu, gərginliyi da da şiddətləndirdi.
Nəticədə küçələrə çıxaraq parlamentə basqın edən kütlə növbədənkənar seçkilərin keçirilməsini, Malikinin mühakimə olunmasını və məhkəmə administrasiyasının dəyişdirilməsini tələb etdi.
Bildirmək lazımdır ki, İraq İran üçün ciddi əhəmiyyət daşıyır. Bu səbəbdən İran buradakı hərbi gücündən istifadə edərək bölgədəki Həşd əş-Şaabi tərəfdarları və dəstəklədiyi İslami Dəvət Partiyası vasitəsilə siyasətə təzyiq edir. O özünə yaxın iqtidar formalaşdırılmasına çalışır. Maliki və Sudani isə bunun nəticəsidir. Buna qarşı olan Sədr isə Sudanini korrupsiyada ittiham etdiyi ikinci Maliki kimi görməkdədir. Eyni zamanda o, həm Malikini, həm də Sudanini İraqın milli maraqlarını İrana qurban verməkdə ittiham edir.Gərginliklə bağlı ən maraqlı detallardan biri də qarşı duran tərəflərin şiə məzhəbli olmasıdır. Məzhəb qarşıdurmaları ilə gündəmə gələn İraqda bu dəfə tək bir məzhəb daxilindəki siyasi rəqabət diqqət çəkir. Sədr və Malikinin mübarizəsi həm də İraqdakı Nəcəf şiəliyi ilə İrandakı Qum şiəliyi arasındakı rəqabətin əksidir. Qum ilə Nəcəf arasında isə mübarizə həmişə olub...Və burada diqqət çəkən başqa bir məqam ABŞ-ın səssiz qalmasıdır. Vaşinqton bu səssizliyin fonunda diqqətlə baş verənləri müşahidə etməkdədir. Tam mümkündür ki, Amerika baş verənlərdən yararlanaraq, hələ Baydenin vitse-prezident olduğu zaman İraqın 3-ə bölünməsi layihəsinin altyapısını formalaşdırmaq üçün düyməyə basa bilər. Bu plana görə İraqın şimalında kürd, mərkəzində şiə, cənubunda isə ərəb idarəçiliyinin olması nəzərdə tutulur. Məqsəd təbii ki, bu bölünmə ilə İranın İraq üzərində təsirini neytrallaşdırmaq və bununla da rəsmi Tehranın öz ətrafında formalaşdırdığı “Şiə hilalı”nda önəmli həlqəni sıradan çıxartmaqdır.