Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Bakı şəhəri, Yeni Əhmədli, Qaçaq Nəbi küçəsi ev 5, 6 –cı blok, 106 – cı mənzildə yaşayan Haşımov Feyruz Eyvazəli oğlu tərəfindən
ƏRİZƏ
Hörmətli Prezident, həyatımda birinci dəfədir ki, Sizə müraciət edirəm.
Sizin Parisdəki mötəbər məclisdəki çıxışınıza böyük qürur hissi ilə baxdım. Allah –taala Sizi bu torpaq üçün çox görməsin, yolunuz nurlu, nəsibiniz zəfərlər olsun!
Hörmətli Prezident, 78 yaşım var, ömrümün qürub vaxtıdır, iyirmi ildən çoxdur ki, dövlətçiliyin ali məramları naminə mətbuatda psevdoemokratlara, Qarabağı siyasi qumara qoyanlara, kreslo hərislərinə, qondarma bəylərə qarşı amansız mübarizə aparmışam.
Xəstəliyə düçar olub normal yaşayışa, dərmana möhtac qalsam da peşiman deyiləm. İstirahət, bayram günləri istisna olmaqla gündə bir məqalə ilə çıxış etmişəm, iyirmi il ərzində aldığım qonorar yüz dollardan artıq olmayıb.İki dəfə reanimasiyaya düşsəm də, ağır günlər yaşasam da iqtidar mətbuatı üçün cavabdeh olanlardan nə diqqət gördüm, nə hörmət. İnciməmişəm…Siyasi macəraçılara qarşı yazdığım saysız – hesabsız məqalələrimin bircəciyini indi yağ-bal içində yaşayan “politoloqlar” yazmayıblar. Kefi bunlar çəkib (və çəkir də), məşəqqət və əzabı biz. Amma yenə də inciməmişəm.
Təsəllim, gündən günə gözəlləşən şəhərlərim, böyük quruculuq işləri, zəhmli qüvvəyə dönən ordum və bir də Sizin müdrik xarici siyasətinizdir.
Sizin xarici siyasət sahəsində böyük uğurlarınız olmasaydı, düşmənlərimiz rüşvətxor məmurların, satqın oliqarxların köməyilə Azərbaycanı İraqın, Liviyanın, ya da Suriyanın gününə salardılar.
Son vaxtlarda Sizin çörəyi dizi üstə olanlara, nakəslərə, azğınlara sərt üz göstərməyiniz, bəzi zinakarların qandanlanması hamının qəlbində ümid çıraqlarını təzədən yandırdı. Məmləkətdə elə adam yoxdur ki, Sizin üçün “Sağ olsun!” sözünü dilinə gətirməsin.
Amma təəsüflər olsun ki, istər özünün, istərsə də oğlunun qəbahətlərini nə vaxtsa yazdığı bəsit, bədii-publisistik dəyəri o qədər də yüksək olmayan “romanlarla”, mədhiyyələrlə, indi də orda-burda etdiyi konyukturaçı çıxışlarla ört-basdır etməyə çalışan Elmira Axundova kimi odioz fiqurlar ayıblarına kor olmurlar. Fəaliyyətinin çox sahələri indiyə qədər əməlli araşdırılmamış Elmira Axundova aldığı titul və imtiyazları sipərə döndərib oğlu Həbib Axundovu layiq olduğu məsuliyyətdən qoruyur.
Hörmətli Prezident, son bir ildə neçə-neçə qəzetdə, sosial şəbəkədə Elmira Axundovanın oğlu Həbib Axundovun əməllərini ifşa edən külli miqdarda material gedib. Deputat balası maliyyə fırıldağı quraraq neçə-neçə ailənin həyatını cəhənnəmə döndərmişdir. Pulları, var-yoxları əllərindən çıxmış insanlar respublikanın nüfuzlu təşkilatlarına dəfələrlə müraciət ediblər, ətraflı məlumatlar verilib, vacib dəlillər, sübutlar və təkzib edilməyən faktlar təqdim olunub.
Nüfuzlu qəzetlərdə, saytlarda Elmira Axundova və oğlunun bahalı maşınları, təmtəraqlı evləri, villaları barədə yetərincə danışılıb...
Amma nə olsun ki, bir orqan Elmira Axundovanın qorxusundan iki qara qəpiklik iş görməyib. Bu xanım özünü elə aparır ki, sanki bütün günahlar qapılara düşən, gündə ora-bura çağrılan, hədələnən, adam yerinə qoyulmayan, pulları əllərindən çıxmış, intihar həddinə çatdırılmış zavallılardadır. Onların ailə üzvləri bir müddət bundan əvvəl Sizə də üz tutub müraciət etmişdilər, amma bir xəbər çıxmadı.
Bütün varlığımla əminəm ki, Elmira Axundova və oğlunun pəstahları barədə Sizə dəqiq, qərəzsiz məlumat verilsə, vəziyyət bir anda dəyişəcək. Bütün xalq bilir ki, Siz heç bir vaxt simsarsız, köməksiz qalmış insanların dərdinə biganə qalmamısınız.
Elmira Axundova ictimaiyyətin diqqətini yayındırmaq, özündən, oğlundan böhtan qurbanı, cəfakeş obrazı yaratmaq üçün məni, qoca veteranı məhkəməyə verdi. Guya mən onu məqalələrimlə təhqir etmişəm, elə buna görə də üzr istəyib, yüz min manat da cərimə verməliyəm. (Məhkəmə sonra bu yüz mini beş min manata endirdi!)
Hörmətli Prezident, Sizin məmur balalarının harınlığına, azğınlığına münasibətinizi xalq bilir. Mən də yazmışam ki, məmləkətin indiki durumunda məmur balalarının harınlığı əsl xəyanətdir, bunlar firavan həyatlarını, bahalı maşınlarını sosial şəbəkədə nümayiş etdirməklə kasıb-kusubu təhqir edir, Prezidentin sözlərinə məhəl qoymurlar, iqtidarla xalq arasında qəsdən uçurum yaradırlar.
Daha sonra Elmira Axundovadan soruşmuşdum ki, o hansı qonorarların hesabına neçə-neçə imarət ucaldıb, mənzillər alıb, beş bahalı maşın saxlayır. Niyə müvafiq orqanlar Elmira Axundovadan soruşmurlar ki, deputat maaşı ilə nə cür olub ki, belə cah-cəlalı qurub? Londondan vurub Dubaydan çıxan oğlu nə vaxt xalqın pulunu qaytaracaq?
Hörmətli Prezident, heydən düşmüşəm, nə dərmana pulum var, nə əməlli müalicəyə, bununla belə əmrinizə müntəzirəm. Ümummilli cihad elan etdiyiniz saatda balalarımla bircə Vətən yolunda vuruşmağı, həlak olmağı özümə səadət, şərəf sayacağam.
Amma Elmira Axundova kimilər “gül balalarını” bir bəhanə ilə ölkədən çıxaracaqlar.
Hörmətli Prezidentim, müsaidənizlə keçmişə bir ekskurs edirəm.
Ulu öndərin vaxtilə amansız mənəvi terrora məruz qalmasını biz unutmamışıq. “Lit. qazeta”nın səhifələrində daha o çirkab, iftira qalmadı ki, Heydər Əliyevin üzərinə atılmasın. Ən mənfur məqalələri yazan Arkadiy Vaksberq adlı bir haramzada idi. E. Axundova bu şərəfsiz qəzetdə işləməyindən indi fəxrlə danışır.
O ağır aylarda biz heç bir yerdə bu xanımın səsini eşitmədik.
“Azadlıq” radiostansiyasının ABŞ-ın Mərkəzi Kəşfiyyat idarəsinin eqidası altında fəaliyyət göstərməsini hamı bilir. ABŞ imperiyasının təxribat ruporuna dönmüş bu ermənipərəst radio gecə-gündüz türk-islam və pravoslav dünyasının tərəqqipərvər sağlam qüvvələrinə qarşı mübarizə aparıb, aparmaqda da davam edir.
Elmira Axundova bu radioda çalışmağından fəxrlə danışır. Bilməmişdik, heç demə iblis imperiyasının ən məkrli, ən mənfur radiosunda Elmira xanım millətimizin şərəfini qoruyub, odlu-alovlu çıxışlar edib. Buna hansı axmaq inanar?
Hörmətli Prezidentim, bir ayağı gorda, bir ayağı bu dünyada olan qocaman veteranın acizanə xahişini yerinə yetirin, qoy Sizin əməkdaşların biri Elmira xanımdan soruşsun: “Siz nə vaxt səmimi olmusunuz, Prezidentə bayağı mədhiyələr deyəndə, yoxsa Cəmil Həsənlinin qarşısında reveranslar edəndə? İzdihamlı yığıncaq və görüşlərdə Cəmil Həsənli ağına-bozuna baxmadan üyüdüb tökəndə, niyə sinənizi qabağa verib Prezidentin şərəfini qorumadınız?”
Bilirəm ki, cavab alınmayacaq. Belə mənəvi bir baqajla tez-tez telekanallara çıxıb nəsihətbazlıq edən, mənəvi dəyərlərdən, vətəndaşlıq borcundan danışan bu xanım məndən, ayda 160 manat təqaüd alan qocadan beş min manat cərimə tələb edir. Yəqin oğlunun maşın kolleksiyasına birini də əlavə etmək istəyir, amma pul çatmır.
İyirmi il ərzində üç-dörd bayrağa qulluq etmiş bu xanım barədə qəzet səhifələrinə çıxartdığım sözləri bir də təkrar edirəm, “onun hər bir çıxışı hamıda sarkastik gülüş doğurur!” Səbəbi hamıya bəllidir. Bu ittihamını məhkəmədə də sübut etmişəm...
Hörmətli Prezident, Sizdən təvəqqe edirəm deputat balasının müflis edib küçələrə saldığı insanların dadına çatın! Göstərişinizlə geniş təhqiqat aparılsa çox əmmalar üzə çıxacaq və əminəm ki, Elmira Axundova min mükafat, titul sahibi də, olsa bir saat da Milli Məclisdə oturmayacaq.
Sədaqət və hörmət hissi ilə: Feyruz Haşımov
Oxşar Xəbərlər
Putinlə İlham Əliyev arasında telefon danışığı
Prezident yeni fərman verdi, lisenziya alınması sadələşdi
Rza İbadov prezidentə təşəkkür etdi: “Yaxın günlərdə Bakıya dönəcəyəm”
Ərdoğan: “Bu silahlar sabah sizi nişan alacaq”
Xəbər lenti
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
"Ay qızım, kömək elə…” –
Bakıda eskalator zülmü - Reportaj/Foto
Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO
Bir daha restorana gedəndə buz istəməyin:
Mütəxəssislər səbəbini açıqladı
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ceyhun Bayramov:
Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
Bakının bir sıra yollarında tıxac yaranıb
İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq —
Açıqlama
Ece İrtemin ölüm səbəbi məlum oldu
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
16 yaşlı Vüsalın da meyiti tapıldı
Prezident qəbul keçirdi -
Fotolar
Bu ərazilərdə qaz olmayacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Türkiyədə hava limanında insident -
Polislər yaralandı
Şimşək çaxır, yağış yağır -
FAKTİKİ HAVA
AHİK işçinin səsinə çevrilməlidir, susqun quruma yox
YAŞLILAR KRESLODAN "QALXMAQ" İSTƏMİR, GƏNCLƏR İSƏ... \
– Statistik göstəricilər nəyi ortaya qoyur?
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
Tramp Ərdoğanla görüşdə CAATSA və F-35 məsələlərindən danışdı
SON DƏQİQƏ:
Tanınmış jurnalist SAXLANILDI - FOTO
Azərbaycanlılar bu ölkədən deport olundu
Azərbaycanlılar bu ölkədən deport olundu
Avqustda iş olmayan günlər -
Hansılardır?
Bakıda 6500 manata ev elanı -
"Dələduzların fırıldaq metodu"
Məktəbli forması ilə bağlı yeni dəyişikliklər
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu