Əli Həsənov bu yüksək vəzifələri icra edəcək

Əli Həsənov bu yüksək vəzifələri icra edəcək

 

Xəbər verdiyimiz kimi dünən Prezident İlham Əliyevin sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini  vəzifəsindən azad edilib.

Sozcu.info  unikal.org-a istinadən xəbər verir ki, Ə.Həsənov işdən çıxarılmasına baxmayaraq bir neçə vəzifəni hələ də icra etməkdə davam edir. O, hazırda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Eyni zamanda Əli Həsənov Yeni Azərbaycan Partiyasının Sədr müavinidir.

Qeyd edək ki, Prezident İlham Əliyev dünənki qəbulda bildirib ki, Ə.Həsəniov bundan sonra da Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərəcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}