Türkiyə rusların “S-400”-nə “KORAL”la cavab verəcək

Türkiyə rusların “S-400”-nə “KORAL”la cavab verəcəkTürkiyə Suriya ilə sərhədə "Koral" adlı yeni Hava Hücumundan Müdafiə Sistemi quraşdırıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyənin bu addımı atmasına səbəb Rusiyanın Suriyada "S-400" zenit-raket qurğusu yerləşdirməsi olub.

Bu sistem təhdidedici raket, təyyarə uçuşlarını və radarların siqnallarını qeyd edərək, onları zərərsizləşdirir.

"Koral" sistemi Türkiyə Silahlı Qüvvələrinin inventarları siyahısına 2015-ci ildən daxil edilib və ilk dəfə Egey dənizindəki hava sərhədinin qorunması üçün İzmirdə quraşdırılıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}