Muxtar Babayevdən ilginc kadr təyinatı

Muxtar Babayevdən ilginc kadr təyinatı

 


 

Nazir sələfinin işdən çıxardığı kadra yüksək vəzifə verib

Bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibindəki 45 Meşə Muhafizəsi və Bərpası Müəssisələri ləğv edib, ləğv edilən müəssisələrin yerində 15 regional idarə yaradan nazir  Muxtar Babayevin bu idarələrin rəhbərliyinə gətirdiyi kadrlarla bağlı ilginc məlumatlar var.

Məsələn, Şəki, Zaqatala və Qax rayon Meşə Mühafizəsi və Bərpası Müəssisələri ləğv edilərək, yerində Şəki regional Meşə Mühafizəsi İdarəsi yaradıldıqdan sonra onun rəhbərliyinə Sərxan Əliyev adlı şəxsin gətirildiyi qeyd olunur. İddiaya görə bu həmin Sərxan Əliyevdir ki, bir zamanlar Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru olub. Sabiq nazir Hüseynqulu Bağırovun əmri ilə Masallı, Zaqatala, Oğuz, Şabran, Qəbələ və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrində aparılan araşdırmalar zamanı sözügedən müəssisələrdə meşələrin qorunub mühafizə olunması sahəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən edilmişdi.

Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə, işçilərin fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiklərinə, xidməti ərazilərində ekoloji qanunvericiliyin tələblərinin pozulmasına yol verdiklərinə görə Zaqatala, Qəbələ, Masallı və Qusar Meşə Mühafizəsi və Bərpası müəssisələrinin direktorları tutduqları vəzifədən azad olunmuşdu. O zaman nazir Hüseynqulu Bağırovun əmri ilə vəzifələrindən azad edilən şəxslərdən birinin də məhz Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru olmuş Sərxan Əliyev olduğu iddia edilir. İndi isə Muxtar Babayev bu şəxsi daha böyük vəzifəyə, Şəki regional Meşə Mühafizəsi İdarəsinin rəisi təyin etməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub. Bu məlumatla bağlı daha geniş araşdırma aparırıq. Bu təyinat olubsa onun hansı əsasla verilməsi, nazir Muxtar Babayevin Sərxan Əliyev haqqında ətraflı məlumata malik olub-olmadığına aydınlıq gətirəcəyik.

Azad Aydın



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}